Dənəsini 10 TL-dən satır

Gənc yumurtalarla sərvət qazandı
İzmirin Torbalı qəsəbəsində, Araucanas cins toyuqlardan əldə etdiyi yumurtaların dənəsini 10 TL-yə satan Bəkir Çətinin telefonları susmur. Vətəndaşlar yumurta üçün sanki sıraya düzülüb, Fransaya belə yumurta göndərən Çətin, qısa müddətdə sərvət qazandı.
Bəkir Çətin (45), 5 il əvvəl internetdən araşdırdığı Araucanas cins toyuqları çıxarmağa başladı. Qısa müddətdə xeyli məlumat əldə edən gənc təşəbbüskar, dərhal qolları çırmalayaraq və bir yolunu taparaq Türkiyəyə dörd ədəd yumurta gətirdi. Çətin, daha sonra kürt toyuq üsuluyla bu yumurtalardan toyuq və xoruz əldə etdi. Gənc təşəbbüskar, özünün fermasında həyat yoldaşı Songül Çətinin də köməyiylə bir anda toyuq və xoruzların sayını 150-ə çatdırdı.
Beləcə o toyuqlardan əldə etdiyi mavi və yaşıl rəngli yumurtaların dənəsini 10 TL-dən satmağa başladı. Çətin, satdığı məhsulları daha çox istehlakçıya çatdırmaq üçün isə ictimai mediadan istifadə etdi. Vəziyyəti təqibçiləriylə paylaşan gənc təşəbbüskar, bir anda cücələri və yumurtaları Türkiyənin hər nöqtəsinə göndərməyə başladı. 45 yaşlı adam bununla da kifayyətlənməyib, məhsullarından Fransaya belə göndərdi. Gənc təşəbbüskarın hər kəsə nümunə olacaq hekayəsini isə İxlas Xəbər Agentliyi (İHA) paylaşdı.