Deputat: "Ermənistanda ciddi terror təhlükəsi var, ona görə də ABŞ...."
10:43 13.12.2018
Arxiv
544
"... öz vətəndaşlarına Ermənistana getməməyi tövsiyyə edir. Bu isə hələ başlanğıcdır”
"Ermənistandakı işğalçı və terrorçu rejim "demokratik” sayıla bilərmi?”.
Bunu "Sherg.az”a açıqlamasında millət vəkili Elman Məmmədov deyib.
Deputat bildirib ki, Ermənistanda 30 ilə yaxındır ki, hərbi xunta, diktatura hökm sürür:
"Rəhbərlikdə kimin olmasından asılı olmayaraq, düşmən ölkədə rejim həmişə terroru dəstəkləyib. Ermənistan beynəlxalq təşkilatların hesabatında hər zaman terroru dəstəkləyən ölkə kimi təqdim olunub. Çünki düşmən ölkə həm öz ərazisində, həm də işğal etdiyi Azərbaycan torpaqlarında PKK və ASALA başda olmaqla, digər terror təşkilatlarına sığınacaq verib, onların təlim keçməsinə şərait yaradıb. Terror qruplaşmalarının əsas bazaları məhz Ermənistanda yerləşdirilib. İrəvanın terrorçu yetişdirdiyi dünya ictimaiyyətinə də bəllidir. Ölkədə ciddi terror təhlükəsi var. Ona görə də ABŞ öz vətəndaşlarına Ermənistana getməməyi tövsiyyə edir. Bu, hələ başlanğıcdır”.
E.Məmmədovun sözlərinə görə, erməni dövləti hüquqla, qayda-qanunla deyil, zorla, kriminal aləmin qanunları ilə idarə olunub:
"Şübhəsiz ki, bundan sonra da vəziyyət dəyişməyəcək. Gedişat bunu göstərir. Ermənilər statistikalarında göstərirlər ki, hər ildə Ermənistanı 30-40 min vətəndaş tərk edir. Təsəvvür edin, son 10 ildə ölkədən nə qədər adam gedib. Hazırda Ermənistanda heç 2 milyon əhali yaşamır. Ancaq Paşinyana xidmət edən MSK seçicilərin sayını 2.5 milyon nəfər göstərir. Belə məqamda hansı şəffaflıqdan, demokratiyadan danışmaq olar? Çoxları Paşinyanın hakimiyyətə necə yiyələndiyini unudur.
O, küçənin təzyiqi, hədə-qorxusu ilə, zorla vəzifəyə gəlib, ölkədə siyasi çevriliş edib. Paşinyandan əvvəl hakimiyyətdə olanlar da erməni vətəndaşlarının qanı üzərində taxt qurublar. Vəzifələrini saxlamaq üçün nə qədər insan öldürüblər. Siyasi qüvvələr daim öz rəqiblərinə qarşı xüsusi amansızlıq və qəddarlıq nümayiş etdiriblər. Mənə elə gəlir ki, parlamentdən kənarda qalan siyasi qruplaşmalar Paşinyanı sərbəst buraxmayacaqlar”.
Qeyd edək ki, ABŞ-ın Ermənistandakı səfirliyi Yeni il ərəfəsində bu ölkədəki vətəndaşlarına xəbərdarlıq edib. Onlardan daha ayaıq-sayıq olmaq tələb edilib. Xəbərdarlıqda bildirilib ki, Ermənistanda bayram mövsümündə ənənəvi olaraq cinayətkarlıq, xüsusən, soyğun, oğurluq halları artır: "Ekstremistlər qərb sakinlərinin tez-tez ziyarət etdikləri ticarət mərkəzləri, aeroport, klublar, restoranlar, nəqliyyat qovşaqları kimi turistik məkanlara fokuslanmağa davam edirlər”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyandan Zaxarovaya cavab: Bunu haradan çıxardılar?
15:35 03.09.2026
Dünya
İranın danışıqlara qayıtması üçün ABŞ-yə dörd şərti var
15:14 03.09.2026
Gündəm
Rayonlarda kommunal xidmətlər ucuzlaşa bilərmi? - VACİB AÇIQLAMA
14:41 03.09.2026
Sosial
Paşinyan: Kərkidə ermənilər yaşasa da Ermənistan ərazisi deyil
14:05 03.09.2026
Gündəm
Alen Simonyan Azərbaycana səfər edəcək
13:48 03.09.2026
Gündəm
Davudoğluna Ərdoğanı təhqir ittihamı ilə cinayət işi açıldı
13:48 03.09.2026
Dünya
Son beş ildə ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlanılıb
13:44 03.09.2026
Aktual
İranda qırılma nöqtəsi yaxınlaşır - İsmail Cingözdən ŞƏRH
13:14 03.09.2026
Gündəm
Əməkdar artist Züleyxa Hacıyeva ilə vida mərasimi keçirilir
12:39 03.09.2026
Mədəniyyət
Sabah hava yağmursuz keçəcək
12:38 03.09.2026
Ekologiya
Publisistika tariximiz fundamental araşdırma formatında
12:34 03.09.2026
Media
Putin: Ukrayna münaqişəsinin həlli üçün şans var
12:30 03.09.2026
Gündəm
Ermənistana 989 ton olan dizel göndərildi
12:07 03.09.2026
Region
Lavrov: Tezliklə Ermənistan və Serbiyanın bu istəyi yox olacaq
11:46 03.09.2026
Dünya