2019-cu ildən qəbul imtahanlarının yeni imtahan modelinə uyğun keçiriləcəyini xatırladan N. Qulamoğlu yeni modelin təhsilin səviyyəsində müəyyən dəyişiklik yaradacağına inanmır:
"DİM imtahanları istədiyi kimi idarə edir” - İDDİA
13:00 21.08.2018
Arxiv
914
"700 bal toplayan 29 nəfərin 15-i birinci qrupla bağlıdır. Bu o deməkdir ki, Dövlət İmtahan Mərkəzi (DİM) imtahanları istədiyi kimi idarə edir”.
Bunu "Sherg.az”a tanınmış təhsil eksperti Nabatəli Qulamoğlu söyləyib.
O diqqətə çatdırıb ki, DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin açıqlamalarının arxasında məhz bu fikir dayanır:
"Əslində isə suallar standart şəkildə salınmalı, bütün qruplar üçün çətinlik dərəcəsi eyni cür olmalıdır. DİM ilk mərhələdə mübahisəli sualları test tapşırıqları sırasına daxil edib. Apelyasiya Komissiyaları isə sadəcə görüntü üçün yaradılıb. Mən elə bu faktlarla bağlı geniş məqalələrlə çıxış etdim, əlimdə konkret sübutlarım da var. II-III qrupların imtahanından sonra mübahisəli məqamlar ortaya çıxdığına görə, DİM I qrupun test tapşırıqlarında dəyişiklik etdi. İkinci mərhələdə də bu proses davam etdiyinə görə, I qrup imtahanları rahat keçdi. Abituriyentlərin yüksək bal topladığını görən, DİM ekspertləri digər qrupların test tapşırıqlarını çətinləşdirib, abituriyentləri sıxmağa başladılar. Nəticədə, ikinci mərhələdə II qrupdan cəmi 1 nəfər 700 bal topladı. Ona görə, hesab edirəm ki, DİM-in açıqladığı statistika, irəli sürdüyü fikirlər qurumun özünün mənafeyinə hesablanıb”.
2019-cu ildən qəbul imtahanlarının yeni imtahan modelinə uyğun keçiriləcəyini xatırladan N. Qulamoğlu yeni modelin təhsilin səviyyəsində müəyyən dəyişiklik yaradacağına inanmır:"Mütləq şəkildə islahatlar aparılmalı, təhsilin səviyyəsi bu şəkildə yüksəldilməlidir. Yeni modelin hələlik açıqlanan hissələrinə nəzər saldıqda aşağı səviyyədə olduğu görünür. Bu imtahan modelinin abituriyentlər üçün zərərləri çox olacaq. Bundan sonrakı 2-3 il ərzində qəbul prosesində uğurlar qazanılacağına inanmıram. İstənilən halda bu proses kurikulum proqramına uyğun işlənilib və sona çatdırılmalıdır. Amma yeni imtahan modelindən gözləntilərimiz böyük deyil”.
Qeyd edək ki, M. Abbaszadənin sözlərinə görə, 2017-ci ildən abituriyentlərin ali təhsil almaq imkanlarını artırmaq məqsədilə qaydalarda dəyişikliklər edilməsi abituriyentlərin nəticələrinə ilbəil öz müsbət təsirini göstərib. DİM sədri nümunə olaraq, bu il 700 bal toplayan abituriyentlərin rekord sayda – ümumilkdə 29 nəfər olduğunu diqqətə çatdırıb.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə