DİN-dən REYD: Narkotacir SAXLANILDI
14:23 05.08.2021
Arxiv
530
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun “Kubinka”, “Papanin” və digər ərazilərində narkotik vasitələrin və psixotrop maddə olan metamfetaminin qanunsuz dövriyyəsi ilə məşğul olan daha üç nəfər tutulub.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əməliyyat zamanı əvvəlcə məhkumluq həyatı yaşamış Abbas Musayev və Mirzə Səfərov saxlanılıblar.
Onların üzərindən psixotrop maddə olan metamfetamin aşkar edilib. Araşdırma zamanı bu şəxslərin metamfetamini “Kubinka” adlanan ərazidə narkotik maddələrin satışı ilə məşğul olan Bibiqulu adlı şəxsdən aldıqları məlum olub.
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Şabran rayon sakini olan Bibiqulu Əzməmmədov da tutulub.
Bu şəxsdən isə satmaq məqsədi ilə əldə etdiyi beş büküm heroin və metamfetamin aşkar edilib. Bibiqulu Əzməmmədov narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.
Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı isə psixotrop maddələrin onlayn yolla satışını həyata keçirən paytaxt sakini Kamran Bağışlı Buzovna qəsəbəsi ərazisində saxlanılıb.
Şəxsi axtarış zamanı odan 35 qrama yaxın metamfetamin aşkar edilib.
O, ifadəsində psixotrop maddələri şəxsiyyəti istintaqa məlum olmayan xarici ölkə vətəndaşından aldığını və hazır bükümlər şəklində qablaşdıraraq onlayn yolla satışını həyata keçirdiyini bildirib.
Faktlarla bağlı Nəsimi və Xəzər Rayon Polis İdarələrində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və adları sadalanan şəxslər tutularaq istintaqa cəlb edilib. Cinayət işləri üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə