Diplomatlar Dilqəm Əsgərovun anasının evini ziyarət edib
12:21 08.07.2018
Arxiv
351
9 iyul Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə Xarici İşlər Nazirliyinin 50 nəfərə yaxın əməkdaşı qoşunların Tərtər rayonunda - təmas xəttində olub. Lent.az XİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki səfərdə məqsəd təmas xəttindəki vəziyyət, ön xətdə xidmət edən əsgər və zabitlər, habelə həmin əraziyə yaxın yaşayan yerli sakinlərin gündəlik həyat şəraiti ilə yerində yaxından tanışlıq olub. Səfər həmçinin, Tərtər rayonunun tərkibinə daxil edilən Ağdərə rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 25-ci ildönümünə təsadüf edib.
Səfər çərçivəsində XİN əməkdaşları Şıxarx kəndində məcburi köçkünlər üçün yeni tikilmiş qəsəbə, ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi münasibətilə 1978-ci ildə tikilmiş və sonradan ermənilər tərəfindən dağıdılmış Marağa-150 abidəsinə baş çəkiblər. Sonra XİN əməkdaşları Tərtərin Qapanlı kəndində olublar. 2016-cı ilin aprel döyüşlərində Ermənistan silahlı qüvvələri tərəfindən kəndin mülki sakinləri və onları evləri ağır silahlardan atəşə tutulub. Dövlət başçısının tapşırığı ilə dağıntıya məruz qalmış evlər bərpa və təmir edilərək öz sahiblərinə təhvil verilib. Həmçinin, Qapanlı kəndində yaşayan və 4 ildir ki Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülən Dilqəm Əsgərovun anasının evi ziyarət ediləib.
Daha sonra XİN əməkdaşları ön xəttə gedib, əməliyyat şəraiti ilə tanış olub və xidmət göstərən əsgərlərlə söhbət ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region