
“Direktorlar tədris prosesini standartlara uyğun qura bilməyiblər” – Nəticə aşağıdır
17:05 24.04.2019
Arxiv
659
"Bu il keçirilən buraxılış imtahanlarında bəzi texniki səhvlər oldu”.
Bunu "Sherg.az”a tarix elmi üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədov deyib.
Ekspert diqqətə çatdırıb ki, çapda problem yaşandığı üçün "G” variantı olan test tapşırığı verilməyib:
"Bakıda və regionlarda keçirilən buraxılış imtahanlarının test nümunələrində sualların ağırlıq səviyyəsi gözlənilməmişdi. Belə ki, Bakıda keçirilən imtahanda testlərin ağırlıq səviyyəsi bir az asan, regionlarda isə çətin idi. Riyaziyyat fənnindən olan nəticələr olduqca aşağı idi. Yəni, 2008-ci ildən ölkədə tətbiq edilən kurrikulum standartının tədris prosesi hələ də özünü doğrultmur.

Hələ də orta məktəb məzunlarımız yeni tipli test tapşırıqlarını cavablandırmaqda çətinlik çəkirlər. Ona görə ki, məktəb direktorları tədris proseslərini dövlət standartlarına uyğun qura bilməyiblər. Təəssüflər olsun ki, bu məsələdə Təhsil Nazirliyi də müəyyən qədər zəif işləyir.
Çünki məktəblərdə monitorinq aparılmır. Təhsildə keyfiyyət dedikdə tədris ilinin əvvəlində və sonundakı qiymət meyarlarını müqayisə etməliyik. Amma təəssüf ki, ortalıqda belə müqayisə yoxdur. Həm 9-cu, həm də 11-ci siniflərdə riyaziyyat fənni üzrə qiymətlər standartlardan olduqca aşağıdır”.
Ekspert ən yaxşı nəticələrin Azərbaycan dili fənni üzrə olduğunu bildirdi:
"Xarici dildə olan nəticələr də yaxşıdır. Ümumilikdə isə, bu qədər imtahan stressinin lazım olmadığını düşünürəm. Düzdür, buraxılış imtahanlarının nəticələri ali məktəbələrə qəbul olmaq üçün bal olaraq müsbət təsir göstərir. Buraxılış imtahanı eyni zamanda qəbul imtahanının birinci mərhələsi hesab olunur. Çünki buraxılış imtahanında toplanan bal qəbul imtahanındakı nəticələrə əlavə olunacaq. Ona görə də buraxılış imtahanlarının əhəmiyyəti də çoxdur".
Qeyd edək ki, aprel ayının 7-də, 14-də və 21-də 11-ci sinifləri üçün buraxılış imtahanları keçirilib.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“8 illik əzab bitdi” - Şakira vergi işi üzrə tam bəraət aldı
18:30 18.05.2026
Şou
Kobaxidze Azərbaycana təşəkkür etdi
18:18 18.05.2026
Gündəm
Paşinyan qadına qışqırdı: “Bura gəl, bir dəqiqə, getmə!"
18:09 18.05.2026
Gündəm
Hantavirusa qarşı təcili peyvənd hazırlanır
18:02 18.05.2026
Sağlamlıq
Bütün millətlərdən istifadə etməliyik - Pezeşkian
17:50 18.05.2026
Region
Prokuror Rüfət Səfərova cəza istədi
17:49 18.05.2026
Ölkə
AzTV əməkdaşları planetin ən aqressiv qəbiləsində - VİDEO
17:09 18.05.2026
Cəmiyyət
Paşinyanı hədələyənlərə qarşı cinayət işi açıldı
17:06 18.05.2026
Gündəm
Azərbaycan dili fənni üzrə imtahanın nəticələri elan olundu
16:23 18.05.2026
Elm və Təhsil
Sərgən Yalçın "Beşiktaş"dan getdi
16:17 18.05.2026
Futbol
Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri ilə görüşü oldu
15:55 18.05.2026
Gündəm
May ayı artıq əvvəlki may deyil - EKSPERTLƏRİN RƏYİ
15:46 18.05.2026
Ekologiya
DİM məlumat yaydı: Dünənki imtahan təkrar keçiriləcək!
15:34 18.05.2026
Elm və Təhsil
Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
15:21 18.05.2026
Dünya
İran bu şirkətləri hədələdi: İnterneti kəsəcəm!
15:04 18.05.2026
Region