Dmitri Savelyev: “Azərbaycan Rusiya üçün təkcə vacib strateji tərəfdaş deyil”
11:27 17.10.2016
Arxiv
415
"Azərbaycan Rusiya üçün təkcə strateji tərəfdaş deyil, xalqınız həm də birlikdə uzun qəhrəmanlıq yolu keçdiyimiz qardaş xalqdır”.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə Azərbaycan prezidenti İlham Əliyevə göndərdiyi məktubunda bildirib.
”Sizi və Azərbaycan xalqını səmimi qəlbdən Müstəqillik Günü münasibətilə təbrik edirəm! Bu gün Azərbaycan inkişaf yolunda uğurla addımlayır. Bizi, yaxın qonşunuzu ölkənizin əldə etdiyi inkişafın müsbət nəticələrini gömək çox sevindirir. Biz ölkənizdə dövlətçiliyin möhkəmləndirilməsinə və insanların sosial rifahının yaxşılaşdırılmasına istiqamətlənən genişmiqyaslı dəyişikliklərin şahidi oluruq. Azərbaycan müstəqil siyasət yeridərək beynəlxalq arenada öz mövqeyini gücləndirir. Müasir çoxkonfensiyalı dövlət möhkəm bünövrə üzərində qurulub. Bu bünövrəni milli adət-ənənələrə riayət edilməsi, mehriban bir ailə kimi ölkə ərazisində yaşayan bütün xalqların mənəvi dəyərlərinə hörmət təşkil edir. Bu, Azərbaycanı bir çox dövlətlər üçün nümunə edir. Rusiya üçün Azərbaycan təkcə vacib strateji tərəfdaş deyil, azərbaycanlılar həm də birlikdə uzun qəhrəmanlıq yolu keçdiyimiz qardaş xalqdır. Əminəm ki, dövlətlərimiz arasındakı dostluq münasibətləri bundan sonra da xalqlarımızın rifahı naminə dinamik inkişaf edəcək və bütün Qafqaz regionunda sabitliyinin möhkəmlənməsinə yardımçı olacaq”, - deyə rusiyalı deputat təbrik məktubunda qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: "ABŞ İranla bağlı qərarını tezliklə verəcək"
23:38 13.10.2026
Aktual
"Qarabağ" "Sabah"ı təbrik etdi
23:19 13.10.2026
Futbol
Trampdan husilərə xəbərdarlıq: "Mən bunu heç vaxt unutmayacağam"
23:00 13.10.2026
Dünya
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət