""Doing Business" hesabatı Prezidentin düşünülmüş siyasətinin nəticəsidir"- Deputat
11:55 01.11.2018
Arxiv
700
Azərbaycan Dünya Bankının "Doing Business" reytinqində mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Belə ki, ölkəmiz "Doing Business-2019" reytinqində 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb. Azərbaycan 2017-2018-ci illərdə biznesin həyata keçirilməsi prosesinin sadələşdirilməsinə yönəlmiş rekord sayda islahatlar keçirib. Bu islahatlardan bəziləri institusional dəyişiklikləri ehtiva edir. Azərbaycan tikinti icazəsinin verilməsi üçün "bir pəncərə” sistemini yaradıb ki, bunun sayəsində icazənin alınma müddəti 80 günədək azalıb. Bundan başqa, ilk kredit bürosu yaradılmaqla kreditlərin alınması sadələşdirilib. Bundan başqa, hesabatda bildirilir ki, Azərbaycanda "ASAN Kommunal” mərkəzləri sayəsində elektrik şəbəkələrinə qoşulma prosesi asanlaşdırılıb. Qeyd edək ki, "Doing Business-2018" reytinqində Azərbaycan 57-ci yerdə qərarlaşmışdı.
Hesabata mübasibət bildirən millət vəkili Aydın Mirzəzadə "Sherg.az”a söyləyib ki, bu reytinq cədvəli Azərbaycandakı real vəziyyəti əks etdirir:
"Ölkə prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycanın dövlət idarəçiliyində, iqtisadi sektorunda, sosial problemlərin həllində apardığı islahatlar öz nəticəsini verir. Birincisi, bu islahatlar hər bir vətəndaşın həyatında özünü konkret olaraq göstərir. Bu gün insanlar öz problemlərinin həllində dövlətin daima onların yanında olduğunu və problemlərinin hər dəfə daha çox aradan qaldırıldığını bildirirlər. İkincisi, ölkə vətandaşları sosial cəhətdən onlara göstərilən qayğının artdığını hiss edirlər. Ölkəmizdə keçirilən islahatlar ilk növbədə insanların daha yaxşı və rahat yaşaması üçündür.
Üçüncüsü də, Azərbaycanıın beynəlxalq reytinq cədvəlində 190 ölkə icərisində 25-ci yerdə qərarlaşması kiçik göstərici deyil. Məsələn, qonşu Rusiya həmin siyahada 31-ci yerdədir. Bu, ümumi nəticələrdə Azərbaycan 25-ci yerdədir. Lakin bir sıra göstəricilərdə Azərbaycan daha qabaq yerləri tutur. Hesab edirəm ki, bu nəticələr cənab Prezidentin uğurlu, düşünülmüş siyasətinin nəticəsidir. Aparılan islahatlar sonda Azərbacanın ön sıralarda yer tutması ilə nəticələnəcək”.
A.Mirzəzadə onu da əlavə edib ki, cənab Prezident üzərinə düşən bütün vəzifələri yüksək səviyyədə yerinə yetirir:
"Ölkə başçımız fəliyətinin hər dövründə daim müstəqilliyimizin möhkəmlənməsini, dövlətimizin qüdrətinin artması, hər bir vəttandaşın hüquqlarının qorunması istiqamətində ciddi addımlar atıb, bu gün də atır. İslahatlar islahat naminə deyil, konkret müsbət nəticələr naminədir. Cənab prezidentimiz cəmiyyətlə bağlı bütün sahələri, onlar arasında gedən prosesləri diqqət mərkəzində saxlaması, tez-tez regionlara səfər edərək ordakı inkişafa ciddi dəstək göstərməsi göz qabağında olan məsələlərdir”.
Kənan Eynuroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya
Qətnamələr güclülərin maraqlarına uyğun gələndə icra olunur - ŞƏRH
18:33 27.10.2026
Gündəm