Ekspertin sözlərinə görə, ən əsaslı islahatlar gömrük sistemində aparılmalıdır:
“Doing Business" hesabatı reallığa əsaslanır" - Açıqlama
10:19 01.11.2018
Arxiv
709
"Dünya Bankının hesabatı reallığa əsaslanır. 200-ə yaxın ölkə arasında 25-ci mövqe son dərəcə yüksək nailiyyətdir”.
Bunu "Sherg.az"a"Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı deyib.
İqtisadçı bildirib ki, MDB-də ölkələri arasında birinci yerə sahib olmaq dövlətimizin iqtisadi islahatlara daha çox üstünlük verdiyini və biznes azadlığına şərait yaratdığını göstərir:
"Bu, əlbəttə təsadüfi deyil. Son 15 ildə davamlı və optimal şəkildə aparılan iqtisadi islahatlar, qeyri-neft sektoruna dövlət dəstəyinin artırılması, korrupsiyaya və bürokratik maneələrə qarşı effektiv tədbirlərin həyata keçirilməsi bunu şərtləndirib. Nəticələr özünü ÜDM-in, dövlət büdcəsinin, ixracın artmasında göstərir. Qonşu ölkələrdə milli valyutaların ucuzlaşdığı, mal və xidmətlərin bahalaşdığı bir dövrdə Azərbaycanda vəziyyət başqadır. Əlbəttə, bu sahədə durum tam ideal hala gəlməyib. Cənab Prezidentin də dediyi kimi islahatlar davam edəcək. Nəticədə tezliklə respublikamızda qeyri-neft ümumi daxili məhsulunun artımı, məşğulluğun tam təmin olunması, ixracın artması, idxalın azalması kimi müsbət proseslər müşahidə olunacaq”.
Ekspertin sözlərinə görə, ən əsaslı islahatlar gömrük sistemində aparılmalıdır:"Çoxsaylı prosedurlar sadələşdirilməlidir. Vergi sistemində islahatların davam etdiriləcəyi bildirilib. Vergi dərəcələri iqtisadi inkişaf üçün böyük stimul yaranacaq. Ümumiyyətlə, bütün əməliyyatlar elektronlaşmalı, nağd və şəxsi təmasla olan münasibətlər aradan qaldırılmalıdır. Bu halda vergidən yayınmanın da qarşısı alınacaq və dövlət büdcəsinin gəlirləri xeyli artacaq. Bir çox sənədləşdirmə işləri "ASAN” Xidmətə verilməlidir. Əminəm ki, yaxın vaxtda iqtisadi və sosial sahədə vəziyyət indikindən xeyli yaxşı olacaq.
Qeyd edək ki, Dünya Bankının "Doing Business 2019” hesabatında Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsi elan olunub. Hesabatda vurğulanıb ki, 2015-ci ilin sonlarından başlayaraq neft qiymətlərinin aşağı düşməsinə baxmayaraq, Azərbaycanda aparılan islahatlar daha da dərinləşib və mahiyyətcə yeni xarakter kəsb edib. Aparılan iqtisadi islahatlar nəticəsində ölkədə maliyyə sabitliyi və iqtisadi artım bərpa olunub, bir çox sahələrdə, xüsusilə kənd təsərrüfatı, qeyri-neft sənayesi və digər sektorlarda əhəmiyyətli irəliləyiş əldə edilib.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya
Qətnamələr güclülərin maraqlarına uyğun gələndə icra olunur - ŞƏRH
18:33 27.10.2026
Gündəm