Dövlət Komitəsində kollegiya iclası keçirilib
11:29 20.08.2018
Arxiv
614
Avqustun 20-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib.
"Sherg.az" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərtərəfli və davamlı inkişafının təmin edildiyini, aparılan islahatların xalqın mənafeyinə tam cavab verdiyini, dövlətimizin daim öz vətəndaşının yanında olduğunu və qayğısını çəkdiyini diqqətə çatdıran komitə sədri Rövşən Rzayev məcburi köçkünlərin sosial problemlərinin həllinin də daim diqqət mərkəzində saxlanıldığını bildirib.
Qeyd olunub ki, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir, yeni yaşayış kompleksləri salınır. Bu sahəyə xüsusilə həssas münasibət göstərən Birinci vitse-prezident xanım Mehriban Əliyevanın qəzalı vəziyyətdə olan bina və tiklilərdə, ən ağır şəraitdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi barədə verdiyi tapşırığın icrası davam etdirilir.
Kollegiyanın gündəliyinə məcburi köçkünlərin faktiki məskunlaşma üzrə uçot və qeydiyyatı, komitənin balansında olan mənzil fondunun istismar vəziyyəti, məcburi köçkünlərə göstərilən kommunal xidmətlərin vəziyyəti, vətəndaşların müraciətlərinə baxılması və s. məsələlər daxil edilib. Hər bir məsələ barədə komitənin müvafiq struktur bölmələri rəhbərlərinin məruzələri dinlənilib, ətraflı müzakirələr aparılıb, mövcud nöqsanların aradan qaldırılması yolları müəyyənləşdirilib, qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün konkret tapşırıqlar verilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya