"...dövlətçiliyimizi zədələmək istəyirlər" - Aydın Hüseynov
09:17 11.07.2018
Arxiv
905
"Azərbaycan vətəndaşı onun uğurlarını istəməyən qüvvələrin yaratdığı iğtişaşa qarşı etirazlarını kəskin şəkildə göstərir və hər zaman da göstərəcək”
Bunu "Sherg.az”a millət vəkili Aydın Hüseynov söyləyib.
Deputat qeyd edib ki, ilk növbədə bir Azərbaycan vətəndaşı olaraq bu hadisəni törədənlərə kəskin şəkildəetirazını bildirir:
"Onların qanun qarşısında cavab vermələrini, törətdikləri cinayətdən dolayı tez bir zamanda cəzalarını çəkmələrini istəyirəm. Digər tərəfdən bu hadisələrin baş verməsi təsadüfi deyil. Yəni Azərbaycanın uğurları, nəaliyyətləri artdıqca, dövlətimizin beynəlxalq arenalarda nüfuzu, çəkisi yüksəldikcə Azərbaycanın müstəqil siyasət yeritməsini istəməyən mərkəzlər, qüvvələr, eyni zamanda torpaqlarımızı işğal edən ermənilər və onların havadarları ölkəmizdə qarışıqlıq törətməyə çalışırlar.
Bunu da din altında pərdələyib, iğtişaş yaradaraq dövlətçiliyimizi cuzi də olsa, zədələmək istəyirlər. Bu hadisələrdə biz Azərbaycan polisinin öz peşəkarlığını, dövlətçiliyə sədaqətini necə müvəffəqiyyətlə yerinə yetirdiyini gördük.
Hər iki polis zabitinin ailəsinə dərin hüzünlə baş sağlığı diləyirəm, hər ikisinə Allahdan rəhmət arzulayıram. Belə olaylarda mütləq Azərbaycan gəncliyi, Azərbaycan dövlətçiliyi, milləti öz etirazını kəskin şəkildə bildirməlidi. Bizim xalq Prezident İlham Əliyevin ətrafında birləşərək daha böyük uğurlara imza atmaq niyyətindədir. Bizim hər birimizin borcu Azərbaycan torpaqlarını işğaldan azad edib, suverenliyimizi qorumaqdır.
Azərbaycan vətandaşlarının mübarizə aparacağı istiqamət bu olmalıdır. Ölkəmizə, millətimizə sadiq vətəndaşlar kimi biz bunu etməliyik. Bir vətəndaş, eyni zamanda millət vəkili olaraq bu hadisələri pisləməklə yanaşı kəskin etirazlarımı bildirirəm”.
Qeyd edək ki, 2018-ci il iyulun 10-da, saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstərib. Bu qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar. Respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə yaydığı məlumatda bildirilir ki, baş vermiş cinayətin bütün iştirakçılarının və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Kənan Eynuroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm