Dünyada müşahidə olunan anomal havanın səbəbləri açıqlanıb
13:55 20.08.2018
Arxiv
807
İqlimşünaslar müxtəlif fəsillərdə dünyada müşahidə olunan anomal hava şəraitinin səbəblərini açıqlayıblar.
"Report" "Nature Communications" jurnalına istinadən xəbər verir ki, Arktikanın istiləşməsi ilə əlaqədar Amerika, Avropa və Asiya üzərində hərəkət edən küləklərin xarakterində baş verən kəskin dəyişikliklər son illərdə qışda anomal isti, yayda isə soyuq hava dövrlərinin qeyri-adi dərəcədə uzun olması ilə nəticələnib.
"Bütün planetimizi "planetar dalğalar" dediyimiz nəhəng hava axınları əhatə edir. Müşahidələrimiz göstərir ki, istixana qazlarının atmosferə buraxılması onların yayılmasına və hərəkətinə mane olaraq hava axınlarının işinə təsir etməyə başlayıb. Belə dalğalar ilişib qalanda onlar havanı, demək olar ki, "dondurur". Nəticədə yağışlar daşqına, yaxşı istilik dalğasına, quraqlıq isə güclü yanğınlara çevrilir", - deyə Almaniyanın Potsdam şəhərindəki İqlim üzrə Tədqiqatlar İnstitutundan olan Hans Şnellenhuber (Hans Schnellnhuber) bildirib.
Bu hadisələr Arktikada son illər temperaturun Yer kürəsinin digər bölgələrinə nisbətən daha çox artması ilə əlaqədardır. Bunun sayəsində qütb, mülayim qurşaq və tropiklər arasındakı temperatur fərqi xeyli azalıb və bu da atmosferin yuxarı qatında küləklərin hərəkətinin xarakterini kəskin şəkildə dəyişib.
Hans Şnellenhuberin fikrincə, gələcəkdə bu cür halların sayı qlobal istiləşmə fonunda daha da artacaq və bu, getdikcə daha böyük əraziləri əhatə edəcək. Qərb iqlimşünasları hesab edirlər ki, bu, ölüm hallarının kəskin artmasına səbəb olacaq. Belə ki, hər bir "əlavə" istilik dərəcəsinin yayda ölüm faktlarını 5%-dək artıracağı güman olunur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya