Əgər bu ölkədə Güllü Yoloğlu Türklüyə qarşıdırsa…
14:44 17.08.2018
Arxiv
1720
Tanrı eşqinə, siz onda mənə türkçülər kimlərdir onları göstərin!!!
Tarix elmləri doktoru, böyük türkoloq Güllü Yoloğlunun "Mədəniyyət” kanalında yayımlanan "Keçmişdən Gələcəyə” verilişində saxta "Böyük Ermənistan” xəritəsinin kadr arxası efirə verilməsi səhnəsinə baxanda düşündüm ki, kadrı efirə hazırlayan texniki heyət və ya rejissor fərqinə varmadan bəlkə də belə bir səhv edib.
Bunu başqa cür təsəvvür də etmək olmaz. Çünki uzun illərdir ki, Güllü xanım yayımladığı bu programda dəfələrlə erməni yalanlarının ifşası ilə bağlı sanballı verlişlər hazırlayıb, əsaslı dəlillərlə Azərbaycan həqiqətlərini bütün dünyaya yayıb. Dünən Güllü xanım da öz feysbuk səhifəsində rejissorun cəzalandırıldığını qeyd etmişdi.
Lakin bu gün bəzi saytlarda Güllü Yoloğlu haqqında həqiqəti əks etdirməyən fikirlərə rast gəldim. Yazılarda iddia olunur ki, Güllü Yoloğlu türkçülüyə qarşıdır, türk kimliyinin qabardılmasını uyğun görmür, buna ölkəmizdə etnik rəngarəngliyin pozulması kimi baxır.
Tanrı eşqinə, bunu hansı məntiqlə yazırsınız? Əgər bu ölkədə Güllü Yoloğlu türklüyə qarşıdırsa, siz onda mənə türkçülər kimlərdir onu göstərin!!! Baş redaktoru olduğum "Birlik” jurnalının hər nömrəsində Güllü Yoloğlunun türk kimliyi, türk varlığını əks etdirən araşdırmalarını neçə illərdir dərc edirəm. Mən bir Turançı kimi onun dəyərli araşdırmalarından öz tariximizi, keçmişimizi öyrənirəm. Güllü Yoloğlu şüarçı, hay-küyçü millətçi deyil, o həm də bütün Türk dünyasını addım-addım dolaşıb, onları öyrənən bir aydındı. O türkçülüyü kitablardan yox, uzaq Sibirdə, Altaylarda, Balkanlarda, Orta Asiyada unudulmuş türk toplumları ilə iç-içə olaraq öyrənib, araşdırıb, təbliğ edib.
Xatırlayıram, keçən il dekab ayının 12-də erməni lobbisinin ən təsirli yeri olan Fransanın paytaxtı Parisdə ermənistan səfirliyinin qarşısında Kəlbəcərli girovlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı etiraz mitinqi, Moskvada girovlarımızın hüquqlarının müdafiəsinə həsr olunmuş tədbir keçirmişdik. Güllü Yoloğlu öz verilişinin birini məhz buna həsr etmişdi; "Erməni yalanlarına qarşı informasiya müharibəsi”. Həmin verlişdə hər ikimizin də gəldiyimiz qənaət ondan ibarət olmuşdur ki, Azərbaycan etnik rəngarəngliyi müxtəlif olan ölkədir.
Amma biz bütün ölkəmizin vətəndaşlarına eyni münasibət göstəririk, kimliyindən asılı olmayaraq hər bir vətəndaşımız üçün mücadilə edirik. Başqa cür ola da bilməz. Çünki bizim sadəcə bir vətənimiz var; Azərbaycan!
… və bu Azərbaycanın dəyərli aydınları, ziyalıları var. Onları gözdən salmağa əsla izn verməməliyik!!!
İlqar İlkin
ATXƏM-in icra katibi,
"Birlik” jurnalının baş redaktoru
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media