Elmar Vəliyevin səhhəti ilə bağlı SON XƏBƏR
10:11 07.07.2018
Arxiv
535
"Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin səhhəti artıq yaxşıdır, qısa müddətdə işinin başına dönməyi planlaşdırır”. Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Gəncə şəhər təşkilatının sədri, deputat Naqif Həmzəyev bildirib.
O qeyd edib ki, E. Vəliyevin vəziyyəti ilə bağlı mütəmadi təmasdadır, onun səhhəti və müalicəsi, ümumiyyətlə hadisənin motivi ilə bağlı yayılan şayiələrin heç bir əsası yoxdur: "Qısa bir müddət ərzində gəncəlilər Elmar müəllimi işinin başında görəcəklər. O, ulu öndərin kursunun, cənab Prezidentin sadiq əsgərlərindəndir. Elmar müəllim daim yerli əhali, ictimaiyyət nümayəndələri ilə ünsiyyətdə olduqca nümunəvi davranış, təvazökarlıq nümayiş etdirib. Buna onun Gəncədə formalaşdırdığı komandanın fəaliyyətində də şahid olmaq olar”.
N. Həmzəyev bildirib ki, bu, E.Vəliyevə qarşı əvvəldən planlaşdırılmış bir terror niyyətinin nəticəsi idi: "Gəncədə içimizdən olan xainlər niyyətlərinə çata bilmədilər. Şükürlər olsun ki, onların bu cəhdi bu dəfə də uğursuz alındı. Elmar müəllimin səhhəti artıq çox yaxşıdır. Sadəcə olaraq terroru dəstəkləyən hər kəs qanun qarşısında, Allah qarşısında mütləq cavab verəcək”.
Qeyd edək ki, Yunus Səfərov adlı şəxs bu il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı polis serjantı Qasım Aşbazova odlu silahdan atəş açaraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Hüquq-mühafizə orqanlarının birgə məlumatında fakt üzrə başlanılmış cinayət işi üzrə həyata keçirilən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə Rusiya Federasiyasının vətəndaşı olan Yunis Səfərovun törətdiyi bu cinayət məqsədyönlü şəkildə həyata keçirdiyi, əvvəlcədən planlaşdırılmış terror aktı olduğu qeyd edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat