“Ən çox yol hərəkəti qaydalarını pozanlar şəxsi avtomobili olan sürücülər pozur”
13:10 17.08.2018
Arxiv
798
Keçən illə müqayisədə bu il yol qaydalarını pozanların sayı artıb. Belə ki, ölkəmizdə yol hərəkəti qaydalarının əleyhinə aşkarlanmış inzibati xətaların sayı 2017-ci ilin müvafiq dövrünə nisbətən 4.1 faiz artıb. Ümumilikdə 34 milyon manatdan çox cərimələr yazılıb.
Sürücülərin 99 faizi isə qayda pozuntusunda özlərini günahkar hesab etmirlər. Onlar ölkəmizdə yol infrasturukturunun düzgün qurulmadığını əsas gətirərək, bəzi yerlərdə yol nişanlarının, sürət həddinin, dayanma və durma qaydaları ilə bağlı müvafiq göstəricilərin səhv quraşdırıldığını iddia edirlər.
Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat üzrə ekspert Fərhad Eyyubov "Sherg.az”-a açıqlamasında bildirib ki, yol hərəkəti qaydalarının pozulmasının əsas səbəblərindən biri, nəqliyyat vasitələrinin, sürücülərin günü-gündən artmasıdır:
"Hər bir sürücü bəlkə yüz dəfələrlə yol hərəkəti qaydalarını pozur. Elə yerlər var ki, orda qaydaların pozulduğu hiss olunmur, yəni, xüsusi radar sistemi, müşahidə kameraları bunu görmür və ya DYP əməkdaşları qayda pozuntusunu hiss eləmir. Ona görə müvafiq yerlərdə qayda pozuntuları baş verir. Məsələn, düz xətti keçmək, dönmək, ötmə qaydaları və.s. qayda pozuntuları var ki, xüsusi kameralar vasitəsilə müşahidə olunur və protokllar yazılır. DYP əməkdaşları qayda pozuntusunu görür və bunun haqqında məlumatlar veririlər. Deməli, bizim gördüyümüz yol hərəkəti qaydalarının sayı yalnız qeydə alınmış qayda pozuntularıdır. Bəlkə də yol hərəkəti qaydaları 5 dəfələrlə çox pozulur ki, bunlar da müşahidə olunmur və ya görünmür”.
F.Eyyubov bildirib ki, ölkəmizdə nəqliyyat pərakəndə bir sektora bölünüb. Ən çox yol hərəkəti qaydalarını pozanlar şəxsi avtomobili olan sürücülərdir:
"Keçən ilə baxanda bu il qayda pozuntuları ilə bağlı protokolların əsas hissəsi xüsusi radarlar vasitəsilə qeydə alınıb. Elə radarlar var ki, yeni qurulub. Məsələn Bakı-Şamaxı yolunun 102 kilometrinə qədər yol yeni yoldur və orda radarlar yeni quraşdırılıb. Keçən il həmin yollarda müşahidə olmadığı üçün yüzlərlə yol hərəkəti qaydaları pozulubsa bilinmirdi, lakin bu il hamısı bilindi. Əsas məsələ odur ki, qayda pozuntuları ilə bağlı artımların olmaması üçün mütləq radarları artırmaq və insanları maarifləndirmək lazımdır. Vətəndaşlar bu məsələyə biganə yanaşmamalıdır, çünki hər bir yol hərəkəti qaydasının pozulması sabah ciddi nəqliyyat hadisələrinə səbəb ola bilər”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media