Ən son 16-cı əsrdə görünmüşdü

Bu skelet 430 min dollara satıldı
İngiltərədə hərracda satışa çıxarılan nəsili tükənmiş dodo quşunun skeleti 430 min dollara alıcı tapdı.
BBC-in xəbərinə görə, İngiltərənin cənubunda Billingshurst kəndində Summer Place hərrac evində satışa çıxarılan dodo skeleti, xüsusi bir kolleksiyaçı tərəfindən 430 min dollara alınıb. Hərrac evi səlahiyyətliləri, yüzdə 95 faizi tamamlanan skeletin parçalarının 40 il boyunca bir dodo həvəskarı tərəfindən toplandığını söyləyib. Dünya üzrə muzeylərdə yalnız 12 dodo skeletinin olduğu ifadə edilir. Nəsili tükənmiş göyərçin cinsindən, uça bilməyən bir quş növü olan dodo, ən son 16-cı əsrdə Hind okeanının Mauritius adasında Portuqaliyalı dənizçilər tərəfindən görülmüşdü. Hind toyuğudan böyük, ortalama 23 kiloqram ağırlığında olan quşun 1681-ci ildə nəsilinin tükəndiyi bildirilir.