Energetika Nazirliyində struktur islahatları başlayıb
12:16 11.01.2018
Arxiv
506
Ölkədə həyata keçirilən islahatlara uyğun olaraq, energetika sektorunda müasir tələblərə uyğun idarəetmə mexanizminin qurulması, bu sahədə fəaliyyətin səmərəlilik və çevikliyinin artırılması, eləcə də Energetika Nazirliyi aparatının optimallaşdırılması məqsədilə qurumun yeni strukturu təsdiqlənib.
Nazirlikdən "APA-Economics”ə verilən məlumata görə, aparılan islahatlar çərçivəsində nazirliyin aparatında bir sıra yeni şöbə və sektorlar yaradılıb. Yeni yaradılmış struktur vahidlərindən biri nazirliyin fəaliyyət istiqamətləri ilə bağlı olan neft-kimya şöbəsidir.
Bundan başqa, nazirlikdə iş prosesinin səmərəlilik və şəffaflığını təmin edəcək xidməti yoxlamalar və inzibati-təşkilati nəzarət sektorlarından ibarət daxili nəzarət şöbəsi, vətəndaşlarla fəal kommunikasiya məqsədilə Çağrı Mərkəzi, vətəndaşların qəbulu işinin təşkili sektorları formalaşdırılıb. Bununla yanaşı bir sıra şöbələr birləşdirilib və yenidən təşkil olunub. Yeni strukturda ştat vahidlərinin sayı olduğu kimi saxlanıb.
"Aparılan dəyişikliklər Nazirliyin qarşısında duran vəzifələrin keyfiyyətlə və operativ şəkildə yerinə yetirilməsinə imkan yaradacaq", - deyə məlumatda vurğulanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu gün Azərbaycanda Zəfər Günüdür
00:18 08.11.2026
Gündəm
Şuşanın işğaldan azad olunmasından 6 il ötür
00:04 08.11.2026
Gündəm
Ərdoğan ABŞ Prezidenti Trampla telefonla danışıb
22:55 07.11.2026
Gündəm
Adı üç dəfə dəyişdirilən Azərbaycan kəndi: Haqqıxlıdan qalan izlər
22:33 07.11.2026
Ölkə
Türkiyə Prezidenti sabah Azərbaycana gələcək
22:24 07.11.2026
Gündəm
Ərdoğan Trampla regional məsələləri müzakirə etdi
22:09 07.11.2026
Gündəm
Polşanın Krakov şəhərində atışma - 5 ölü, 10 yaralı var - YENİLƏNDİ
21:43 07.11.2026
Dünya
6 ildir Zəfərin Qüruru ilə yaşayırıq - VİDEO
21:38 07.11.2026
Gündəm
İsmail Balaban və İlayda Şekerin ikinci övladı dünyaya gəldi
21:30 07.11.2026
Şou
Fransada etiraz aksiyası: Dronlar, helikopterlər cəlb olundu
21:06 07.11.2026
Dünya
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
20:40 07.11.2026
Gündəm
ABŞ Xəzər dənizində İranın qarşısını belə alacaq
20:24 07.11.2026
Dünya
Oskar mükafatlı rejissor evində ölü tapıldı
20:11 07.11.2026
Hadisə
8 nəfəri öldürən şəxsin silahı 12 min lirəyə aldığı məlum olub
20:03 07.11.2026
Hadisə