Ərdoğan Azərbaycan prezidentinə təbrik məktubu ünvanlayıb
16:12 18.10.2016
Arxiv
337
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğandan Prezident İlham Əliyevi 18 Oktyabr – dövlət müstəqilliyinin 25-ci ildönümü münasibətilə təbrik edib.
AzərTAc-ın məlumatına görə, təbrikdə belə deyilir:
"Hörmətli cənab Prezident, əziz Qardaşım.
18 Oktyabr – dövlət müstəqilliyinin 25-ci ildönümü münasibətilə Zati-alinizə və qardaş Azərbaycan xalqına millətim adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram.
1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra hər il inkişaf edən və güclənən Azərbaycanın bu gün beynəlxalq miqyasda tutduğu mötəbər yer Azərbaycan üçün olduğu qədər, Türkiyə üçün də böyük qürur mənbəyidir. Ümummilli lider Heydər Əliyevin və şəxsən Sizin müdrik rəhbərliyinizin bu uğurda böyük rol oynadığı şübhəsizdir. Müstəsna əlaqələrə malik ölkələrimiz arasında əməkdaşlıq və həmrəyliyin qarşıdakı dövrdə də güclənib inkişaf edəcəyinə inanır, qardaş Azərbaycana lazım olan hər cür dəstəyi göstərməyə davam edəcəyimizi xüsusi vurğulamaq istəyirəm.
Bu xoş fürsətdən istifadə edib, Zati-aliləri, əziz Qardaşıma cansağlığı və xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına bir daha əmin-amanlıq və rifah arzularımı çatdırıram”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: "ABŞ İranla bağlı qərarını tezliklə verəcək"
23:38 13.10.2026
Aktual
"Qarabağ" "Sabah"ı təbrik etdi
23:19 13.10.2026
Futbol
Trampdan husilərə xəbərdarlıq: "Mən bunu heç vaxt unutmayacağam"
23:00 13.10.2026
Dünya
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət