Ərdoğan pankartı görüb korteji dayandırdı

Prezident ziyarəti zamanı bir işçini siqareti buraxması üçün razı saldı
Türkiyə prezidenti R. T. Ərdoğan və baş nazir Binəli Yıldırım, Esenboğa Hava limanından Prezidentlik sarayına gedərkən, yolda bir qrup biznesmenin, "Hörmətli prezident, çay da hazır, qəhvə də. Geri addım atma!" yazılı pankartı görüb korteji dayandırdı.
Avtomobillərə rezin şini satan biznesmenin dükanına qonaq olan Ərdoğan və Yıldırım, iş yeri sahibi və işçiləri ilə bir müddət söhbət etdi və birlikdə çay içdilər.
Söhbət zamanı Ərdoğan ilə qucaqlaşan bir yaşlı vətəndaşın, Ərdoğanın əlini möhkəm sıxması anında Baş nazir araya girərək, "Dayan yahu qolunu çıxardacaqsan." şəklində zarafat etdi.
Ərdoğanın yaşlı vətəndaşa, "Yahu mən sənin bu qədər qüvvətli olduğunu bilmirdim." deməsi  ilə təbəssüm yaşandı.
Biznesmenin problemlərini də dinləyən Ərdoğan və işçilərlə xatirə şəkili çəkdirdi.
Ərdoğan, biznesmen ziyarəti zamanı ayrıca bir işçini siqareti buraxması üçün razı saldı.