Ərdoğanın baş məsləhətçisi azərbaycanlı tələbələrlə görüşüb
19:20 20.10.2016
Arxiv
739
Türkiyənin paytaxtı Ankarada təhsil alan bir qrup azərbaycanlı ictimai fəal tələbələr bu ölkənin 63-cü hökumət kabinetinin Mədəniyyət və turizm naziri olmuş, hazırda isə Prezident Rəcəb Tayyib Ərdoğanın baş məsləhətçisi olan tanınmış siyasətçi Yalçın Topçunu ziyarət ediblər.
Bu haqda görüşü təşkil edən qardaş Türkiyədə fəaliyyət göstərən "Yerli Düşüncə” dərnəyinin Azərbaycan təmsilçisi, tarixçi Cavid Mövsümlü xəbər verərək bildirib ki, Yalçın bəy tələbələri Azərbaycanın müstəqilliyinin elan edilməsinin 25-ci ildönümündə qəbul edərək öncəliklə onları və onların timsalında bütün azərbaycanlıları "Dövlət Müstəqilliyi” günü münasibəti ilə təbrik edib, daha sonra isə onlarla Azərbaycan-Türkiyə münasibətlərinə dair görüşlərini bölüşüb. Söhbət əsnasında Yalçın Topçu hər zaman, hər yerdə söylədiyi kimi, bu dəfə də "Bütün türk dünyası qardaşdır, amma Azərbaycanla Türkiyə əkiz qardaşdır” ifadəsini işlədib.
Görüş əsnasında Cavid Mövsümlü Yalçın Topçuya bu ilin aprel ayında türk dünyasının mədəniyyət paytaxtı seçilən tarixi Şəki şəhərinin açılış mərasimində onun şəxsən tanış olduğu "Şuşa Şəhər Uşaq Rəqs” qrupunun üzvləri və müəllim heyətinin göndərdikləri məktublarını çatdırdı. Yalçın bəy də öz növbəsində onlara şifahi salamlarını çatdıraraq, tezliklə onlarla Türkiyədə görüşəcəklərinə inandığını və Qarabağla bağlı istənilən mövzularda hər zaman diqqət və qayğı göstərilmənin önəmli olduğunu vurğuladı.
Sonda azərbaycanlı tələbələr Azərbaycan səfirliyinin təhsil şöbəsinin təqdim etdiyi xatirə hədiyyəsini Yalçın bəyə təqdim edərək, xatirə şəkli çəkdirdilər və Azərbaycan xalqı adından onun hər zaman Azərbaycana göstərdiyi diqqətindən dolayı təşəkkürlərini bildirdilər. Qeyd edək ki, Yalçın Topçu Türkiyədə ən çox tanınan siyasi simalardan biridir. Azərbaycan hər zaman Yalçın bəyin siyasi fəaliyyətində prioritet yer tutub. Son dönəmlərdə, xüsusilə də bəzi məqamlarda seçilərək istər Türkiyə, istərsə də Azərbaycanın gündəminə gəlib. Özəlliklə 2016-cı ilin fevral ayında keçirilən Xocalı Soyqırımı konfransında Türkiyə parlamentarilərinə soyqırımın tanınması çağırışı, aprel ayında 4 günlük savaş sonrası cəbhə xəttini ziyarət etməsi, may ayında isə ulu öndər Heydər Əliyevin adını daşıyan Ankaradakı parkda tədbir zamanı çıxış edərkən Azərbaycan adına önəmli mesajları ilə hər iki ölkənin ictimaiyyətinin diqqətini cəlb edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət