"Çūnki bunların şüurunun, davranışlarının xeyli hissəsini ilahi yaradana inam, etiqad, ibadət tutursa, ondan da çox hissəsini ilahi yaradanla insan arasındakı vasitəçi qismində olan din amili tutur. Yəni üstəlik, dinin də tələbinə uyğun düşüncələr, zaman, enerji, davranış, hərəkət, addımlar sərfi olmalıdır. Bu hal hər bir din əhlinə aiddir. Məsələn, müsəlmanda mütəmadi məscidə getmək, namaz, oruc və s. Xristian, yəhudi, buddizmdə də o cür. Misal olaraq, yəhudi dindarı təyyarə ilə 3 saatlıq bütün uçuş boyu arası kəsilmədən dua edir. Niyə? Çünki təyyarə yerdəki qəbirlərin üstündən keçir və onun dinindəki tələbə görə, üstündən keçilən ölülərə mütləq dua edilməlidir. Görürsünüz, bizə qəribə və gülməli gəlir, onun üçün isə bu, bir normadır. Yəni ilahi yaradana sitayiş edən və xüsusilə də bunu konkret, ayrıca forma-qaydada tələb edən dinlər vasitəsilə edən insanlar istər-istəməz qalan əksəriyyətdən düşüncə, xarakter, davranış cəhətdən fərqli təbəqə təşkil edirlər. Xūsusilədə də, qeyd etdiyim kimi, psixoloji cəhətdən. İstər həkim, istərsə də müəllim, alim, deputat olsun, fərq etmir.
Əri radikal dindar olan qadının intiharının PƏRDƏARXASI - Kriminalist
İlqar Altay:"Radikal, təbiətən ekstremal həddə çatmış dindarın ailəyə, ev-eşiyə mūnasibəti, davranışı yaxşı ola bilməz"
"Çūnki bunların şüurunun, davranışlarının xeyli hissəsini ilahi yaradana inam, etiqad, ibadət tutursa, ondan da çox hissəsini ilahi yaradanla insan arasındakı vasitəçi qismində olan din amili tutur. Yəni üstəlik, dinin də tələbinə uyğun düşüncələr, zaman, enerji, davranış, hərəkət, addımlar sərfi olmalıdır. Bu hal hər bir din əhlinə aiddir. Məsələn, müsəlmanda mütəmadi məscidə getmək, namaz, oruc və s. Xristian, yəhudi, buddizmdə də o cür. Misal olaraq, yəhudi dindarı təyyarə ilə 3 saatlıq bütün uçuş boyu arası kəsilmədən dua edir. Niyə? Çünki təyyarə yerdəki qəbirlərin üstündən keçir və onun dinindəki tələbə görə, üstündən keçilən ölülərə mütləq dua edilməlidir. Görürsünüz, bizə qəribə və gülməli gəlir, onun üçün isə bu, bir normadır. Yəni ilahi yaradana sitayiş edən və xüsusilə də bunu konkret, ayrıca forma-qaydada tələb edən dinlər vasitəsilə edən insanlar istər-istəməz qalan əksəriyyətdən düşüncə, xarakter, davranış cəhətdən fərqli təbəqə təşkil edirlər. Xūsusilədə də, qeyd etdiyim kimi, psixoloji cəhətdən. İstər həkim, istərsə də müəllim, alim, deputat olsun, fərq etmir.
"Müasir dünyada yaşayan insan çoxluğunun, əksəriyyətin psixoloji inanc durumu, yəni əsas inanc və ideya yeri praktik real həyatı, iş-gücü, ailəsi, vətəni, xalqı, dövləti və millətidir”.
Bu sözləri Sherg.az-a həyat yoldaşının radikal dini təriqətlərdən birinə üzv olmasına görə ailədəki narazılıqlar səbəbindən gənc qadının intihar etməsinə münasibət bildirərkən kriminalist İlqar Altay deyib.
Dini radikalizmin yaratdığı fəsadları diqqətə çatdıran ekspert bildirib ki, bu normanı əsas götūrsək, bu dövrdə amerikan, yapon, çinli və ya rus olmasından asılı olmayaraq dindarlar artıq fərqli təbəqə hesab edilir:
"Çūnki bunların şüurunun, davranışlarının xeyli hissəsini ilahi yaradana inam, etiqad, ibadət tutursa, ondan da çox hissəsini ilahi yaradanla insan arasındakı vasitəçi qismində olan din amili tutur. Yəni üstəlik, dinin də tələbinə uyğun düşüncələr, zaman, enerji, davranış, hərəkət, addımlar sərfi olmalıdır. Bu hal hər bir din əhlinə aiddir. Məsələn, müsəlmanda mütəmadi məscidə getmək, namaz, oruc və s. Xristian, yəhudi, buddizmdə də o cür. Misal olaraq, yəhudi dindarı təyyarə ilə 3 saatlıq bütün uçuş boyu arası kəsilmədən dua edir. Niyə? Çünki təyyarə yerdəki qəbirlərin üstündən keçir və onun dinindəki tələbə görə, üstündən keçilən ölülərə mütləq dua edilməlidir. Görürsünüz, bizə qəribə və gülməli gəlir, onun üçün isə bu, bir normadır. Yəni ilahi yaradana sitayiş edən və xüsusilə də bunu konkret, ayrıca forma-qaydada tələb edən dinlər vasitəsilə edən insanlar istər-istəməz qalan əksəriyyətdən düşüncə, xarakter, davranış cəhətdən fərqli təbəqə təşkil edirlər. Xūsusilədə də, qeyd etdiyim kimi, psixoloji cəhətdən. İstər həkim, istərsə də müəllim, alim, deputat olsun, fərq etmir.Əyani nümunə göstərim, mənim yaxın ağıllı dostum olsun. Bu adam həqiqətən, səmimi olaraq dindardırsa, demək o halda şeytanın, mələklərin varlığına da, tutaq ki, İmam Zamanın zühr edib qayıda bilməsi möcüzəsinə, insanın palçıqdan yaranmasına, qadının o insanın qabırğasından yaranmasına da inanır. Demək, mən real, praktik dəmir məntiqli insanla o dini inanclı deputat ya general tələbə yoldaşı dostum, ya uşaqlıq dostumla aramızda istər-istəməz böyük daxili, xarici baxış və davranış fərqi olacaq. Onun üçün, mənim sırf praktik, rasional həyat tərzim qəribə ya gülünc gəlir. Mənim üçün də onun cin-şeytana inanıb, neçə min kilometr gedib neçə dollara aldığı daşı ona atmağı... Bunlar hələ normal, öz sakit ibadəti, həyatı ilə məşğul dindarlardır. İndi görün, bu inanclılığın, bu fərqliliyin üstünə radikalizm, fanatizm, yobazizm, qaragüruhçuluq gələndə nə olur”.
İ.Altay bildirib ki, xüsusilə, islam dini təlimini sərtləşdirib, psixoloji rəngini qatılaşdımaq üçün qədim vəhşi ərəb mental xüsusiyyətlərini də ortaya çıxarıb bu məkana qoşanda daha mənfi nəticələr alınır:
"Normal praktik cəmiyyətlə, bunlar arasında nə qədər fərq yaranır? Bu fərq də sivil toplum üçün nə qədər problem, başağrısı, gərginlik, maneə yaradır. Dini radikalizm nədir? Hə hansı dini təlimə ifrat rəng qatılmış ideya formasını qəbul edib, başqa düşüncə və davranış formalarını qəti inkar etmək və bu inkarı da aqressiv davranış və hətta ifrat dərəcədə, qanunsuz mübarizə formasında ifadə etməkdir. Beyni və davranışı həmin o normal dindarlıqdan əlavə bu qədər fanatizm və radikalizmlə hopub dolmuş, ekstremist həddinə çatmış insanın özü, ailəsi, cəmiyyət, vətən, dövlət üçün xeyirli bir əmək sərfinə imkan və şüuru qalarmı? Dini radikalizm islam dininə qədərki, sivil cəmiyyətlərdən uzaq əlçatmaz, praktiki olaraq insan yaşayışı üçün mümkünsüz səhralıqlara - Ərəbistan yarımadasına qovulmuş vəhşi, qaçaq-quldur, bədəvi ərəbin xüsusiyyətlərinə qayıtma deməkdir”.
Dini radikalizmin dövlətə və cəmiyyətə təsirindən əlavə konkret ailə üzərində etkilərini də qeyd edən İ.Altayın fikrincə, radikal, təbiətən ekstremal həddə çatmış dindarın ailəyə, ev-eşiyə mūnasibəti davranışı yaxşı ola bilməz:
"Beyni hansısa antibəşəri hisslərlə, faktiki normal sivil yaşayış və inkişafla mübarizə ideyası ilə dolmuş və guya bununla da "şəhidlik" edib cənnətə düşmək arzusu ilə yaşayan insan vətən, xalq qalsın, heç ailə-uşaq barədə düşünə bilməz. Onun ev-eşikdəki atalıq qayğısı, ərlik öhdəliyi nə səviyyədə ola bilər? Üstəlik də aqressiv təbiətli, din - islam "şəhid" statusunda olan şəxsin ailədəki aqressiv davranışları. Belə insanla birlikdə yaşamaq övladların sındırılıb bu aqressiv təbiətə uyğunlaşdırılması, ananın, qadının isə eynilə bu cür dini radikal ideyanı qəbul etməsi halında mümkün ola bilir. Əks halda, arvad-uşaq, yaşlı valideyn normal yaşayış tövrünü itirmək istəmirsə, bu adamdan ayrılmaq, ya da ondan baş götürüb qaçmağa məcburdurlar. Bəs bu cür ayrılığa müvəffəq olmayan, ata, ana tərəfdən də geri qəbul edilməyən, ayrıca ev tutmağa da maddi imkanı olmayan, üstəlik, hökumət tərəfindən etinasızlıq, cəmiyyət tərəfdən başa düşülməzliklə qarşılaşan qadın, gəlin nə etsin? Nəticədə hər tərəfdən sıxılan çarəsiz gəlin, təbii ki, keçirdiyi davamlı mənəvi-psixoloji stressin affektiv təsirindən intihar həddinə çatır”.
Qeyd edək ki, hadisə ötən gecə Göyçay rayonunun Hacalıkənd kəndində baş verib. 1997-ci il təvəllüdlü Salmanova Fəridə Kərəm qızının ailə üzvləri onun öz əcəli ilə öldüyünü bildirərək dəfn etməyə çalışsa da, sonradan onun ərinin radikal dindar olduğuan görə intihar etdiyi məlum olub.
Aysel Aslan