Erməni kimdir ki?!

Dilavər Əzimli: “...Onları bizim üstümüzə göndərənlər var”
"Bu gün də “soyqırımı” uydurmasından siyasi alət kimi istifadə edirlər”








"Qondarma erməni "soyqırımı” siyasi məsələdir və siyasi məqsədlər üçün ortaya atılıb”.

Bunu "Sherg.az”a açıqlamasında tarixçi-alim Dilavər Əzimli deyib.

Tarixçi bildirib ki, saxta "soyqırım” Osmanlını cəzalandırmaq üçün gündəmə gətirilib:

"Plana görə Osmanlı əraziləri parçalanmalı və bu ərazilər Avropa, Rusiya dövlətləri arasında bölüşdürülməli idi. Planı işə salmaq üçün mənfur və iyrənc ermənilərdən maşa kimi istifadə etdilər. Osmanlıdan sonra bütün Türk dünyasına qarşı qondarma "soyqırım” məsələsini təzyiq vasitəsinə çevirdilər. Ermənilər xarici qüvvələrin birbaşa köməyi ilə Osmanlı ərazilərində iki milyona yaxın, Azərbaycanın şimalında və cənubunda 300 mindən artıq, Orta Asiyada isə yüz minə yaxın insanları qətlə yetirdilər. Onlar təkcə türkləri deyil, digər xalqları da qətlə yetirdilər, bəşəri cinayət törətdilər. Təəssüflər ki, biz həmişə ermənilərin adını vurğulayırıq, ancaq Rusiyanın, Avropa dövlətlərinin adlarını çəkmirik. Erməni kimdir ki?! Onları bizim üstümüzə göndərənlər var”.

Alimin sözlərinə görə, bu gün də "soyqırım” uydurmasından siyasi alət kimi istifadə edirlər: 

"Əslində Avropa, ABŞ, Rusiya dövlətləri reallığın nə olduğunu yaxşı bilirlər. Soyqırıma, qətliamlara məruz qalan ermənilər yox, biz olmuşuq. Ona görə də biz müdafiədən hücuma keçməliyik. Şanlı millətimizin yazıq obrazını yaratmamalıyıq. "Ay bizi qırdılar, qətl etdilər” deyib işimizi bitmiş saymamalıyıq. Bir çox insan xalqı qınayır ki, niyə azsaylı ermənilər bizi qırıblar, onlara niyə cavab verməmişik. 

Qatil ermənilərə layiqli cavab verən qəhrəmanlarımız çox olub. Ancaq indi ermənilərlə yanaşı, həm də onların havadarları ilə mübarizə aparırıq. Ona görə də birləşməliyik. Türkiyə, Azərbaycan, Orta Asiya, Kipr və s. buraların hamısında ermənilər eyni vaxtlarda qətliamlar törədiblər. Bunu da arxalarındakı güclərə güvənərək reallaşdırıblar. Əgər üzərimizə ittifaq halında hücum edirlərsə, biz də birləşərək onların üzərinə getməliyik. Bütün türk coğrafiyalarında mövcud olan arxiv sənədlərini yığıb beynlxalq məhkəmə qarşısında məsələ qaldırmalıyıq. Ancaq məhkəmədə ermənilərlə bərabər onlara havadarlıq edən dövlətlərin də adları çəkilməlidir. Dünya ictimaiyyətinin diqqətini buna yönəltməyi bacarmalıyıq. Hücum taktikasına keçmək lazımdır”.

İsmayıl