Ermənilərin işğəncə verdiyi şəxs: "İşgəncələrdən ölən də, dözməyib intihar edən də oldu"
08:57 02.06.2021
Arxiv
581
"Mən 1 il 9 ay erməni əsirliyində olmuşam. 1993-cü ildə Qubadlı rayonunun ermənilər tərəfindən işğalı zaman yaralı halda ermənilərə əsir düşmüşəm".
"Report" xəbər verir ki, bunu Yasamal Rayon Məhkəməsində Birinci Qarabağ müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş erməni yaraqlıları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmənin hazırlıq iclasından sonra zərərçəkmiş Həbib Kazımov jurnalistlərə açıqlamasında deyib.
O, əsirlikdə saxlanıldığı müddət ərzində ermənilər tərəfindən məruz qaldığı işgənəcələrdən danışıb. Bildirib ki, əsirlik dövründə ermənilər tərəfindən dəmirlə, armaturla, dəmir dəyənəklərlə, çəkiclə döyülüb: "Onlar bizə zülm veriblər. Bu gün burada mühakimə olunan hər iki terrorçu həmin işgəncələrdə yaxından iştirak edib. Bunların hər ikisinin orada təxəllüsü olub. Biri "Yoxa", digəri isə "Ayoşa" ləqəbi ilə tanınırdı. Mkrtiçyan Lüdvik "Yoxa" ləqəbi daşıyırdı. O, burada deyir ki, Azərbaycan dilini bilmir. Lakin orada bizimlə Azərbaycan dilində danışırdı. Bizi öz dilimizdə belə təhqir edirdi".
Zərərçəkən H.Kazımov bildirib ki, onun əsirlikdə saxlanıldığı kamerada 40 yaxın azərbaycanlı olub: "Onlardan işgəncə vaxtı ölən də, işgəncələrə dözməyib intihar edənlər də oldu. Bir ona sevinirəm ki, hazırda bu terrorçular dövlətimiz tərəfindən tutularaq məhkəmə önünə çıxarılıblar və etdiklərinin cəzasını çəkəcəklər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region