"Ermənistan regionda geosiyasi dalana dirənib" - Politoloq
15:50 01.11.2018
Arxiv
659
"Hazırda Ermənistanda siyasi vəziyyət çox gərgindir".
Bunu "Sherg.az”a işğalçı ölkənin regional təcridindən danışarkən politoloq İlqar Vəlizadə söyləyib.
Eskpert qeyd edib ki, Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədləri bağlıdır:
"Siyasi vəziyyət elə inkişaf edir ki, hazırda Ermənistanın Gürcüstan və İranla sərhədlərinin açıq qalması sual altındadır. İşğalçılar indi başa düşürlər ki, onlar blokada şəraitində yaşayırlar.
Bu vəziyyətin yaranmasının da səbəbi onların Azərbaycan və Türkiyə ilə münasibətlərinin pozulmasıdır. Azərbaycan, Türkiyə və İran XİN başçılarının İstanbulda keçirilən bu üçtərəfli görüşü onu göstərir ki, Ermənistan regionda geosiyasi dalana dirənib. Və bu dalandan çıxmaq üçün bir yol var. O da Azərbaycan və Türkiyə ilə münasibətlərin nizamlanmasıdır.
Başqa yol yoxdur. Ermənistan siyasi rəhbərliyi bunu yaxşı başa düşür. Ermənistan rəhbərliyi 20 il ərzində yürütdüyü yarıtmaz siyasəti ilə özünü bu vəziyyətə salıb. Bir yandan Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərini düzəltmək istəyi, özlərinin ifşası demək olacaq. Digər yandan bu addımı atmasalar, yürütdükləri siyasət onları məhvinə gətirib çıxaracaq. Bu cür vəziyyəti separatçı ölkənin özü yardıb. Əgər Ermənistan belə davam edərsə, çətin ki bu iqtisadi və siyasi böhrandan çıxa bilsin. Yenə də işğalçı ölkənin özü nəticə çıxarmalıdır”.
Qeyd edək ki, Ermənistan yürütdüyü destruktiv siyasət nəticəsində qonşu dövlətlərlə və beynəlxalq ictimaiyyətlə münasibətlərdə hərtərəfli gərginliyə malikdir. Nəticə etibarilə, Ermənistanın qonşu və region dövlətləri, o cümlədən aparıcı dövlətlər və güc mərkəzləri ilə münasibətləri büsbütün iflasa uğrayıb.
Kənan Eynuroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya
Qətnamələr güclülərin maraqlarına uyğun gələndə icra olunur - ŞƏRH
18:33 27.10.2026
Gündəm
Putin: Bir sıra beynəlxalq idman təşkilatları əməkdaşlığı dağıdır
18:14 27.10.2026
Dünya