Ermənistan: xalq dilənir, miqrasiya artır, əhalinin sayı azalır
11:09 01.11.2018
Arxiv
653
"Ermənistan hələ SSRİ zamanı imperiyanın büdcəsindən ayrılan dotasiya hesabına yaşayırdı. Ermənilər bünövrədən dilənçiliyə öyrəniblər”.
Bunu "Sherg.az”a açıqlamasında millət vəkili Elman Məmmədov deyib.
Deputat bildirib ki, ermənilər Azərbaycan torpaqlarına köçürülüb yerləşdirdikləri vaxtdan etibarən kənarda gələn ianələr hesabına dolanıblar. Yəni dilənçilik ediblər:
"İndi də həmin proses davam edir. Ermənilər müstəqillik qazanandan sonra dünyanın bütün ölkələrindən, bütün beynəlxalq qurumlarından pul tələb ediblər. Artıq erməni xalqı başa düşməyə başlayıb ki, onlara gələn külli miqdarda ianələrin 99 faizi rəhbərlikdə olan cinayətkarların cibinə gedir. Başda duranların şəxsi əmlakına çevrilir. Erməni xalqı dilənçi vəziyyətində yaşayır. Ona görə də ölkədə miqrasiya gündən-günə artır, əhalinin sayı azalmağa başlayır”.
Millət vəkili bəyan edib ki, Avropa İttifaqı 2017-ci il aprel ayında keçirilən seçkidə ermənilərə 7 milyon pul ayırmışdı:
"Aİ-nin məqsədi o idi ki, seçki şəffaf və demokratik keçsin. Ancaq vəsaitin hamısı rüşvətə sərf olundu.
O vaxtki rəhbərlik pulları mənimsədi. Paşinyanın özü küçələrdə çıxış edərkən Sarkisyan hökumətini buna görə ittiham edirdi. Bildirirdi ki, seçki qeyri-legitimdir, saxtakarlıq edilib. Şübhə yoxdur ki, indiki hökumətə verilən 3 milyonun da aqibəti əvvəlki kimi olacaq. Erməni xalqı bilməlidir ki, Paşinyan onların rifahını düşünmür, ancaq öz kreslosunu möhkəmləndirməyə çalışır.
Avropa Şurası, Avropa İttifaqı və başqa beynəlxalq qurumlar əslində Ermənistandakı vəziyyəti bilirlər. Onlar Ermənistana bir dövlət kimi deyil, kriminal qayda-qanunlarla idarə olunan qeyri-hökumət təşkilatı kimi yanaşırlar. Hələki baş nazir Paşinyan özündən əvvəlkiləri - Sarkisyan-Koçaryan cütlüyünü ifşa etməklə məşğuldur. Ancaq vaxt gələcək onun özünü ifşa edəcəklər”.
E.Məmmədov təəssüflə qeyd edib ki, beynəlxalq qurumlar, o cümlədən dünyaya demokratiya dərsi vermək həvəsində olan ABŞ 1992-ci ildən etibarən Ermənistana və qanunsuz rejimə, separatçılara maliyyə yardımı edirlər: "Bu cür əməllər ermənilərin törətdikləri cinayətlərdən daha pisdir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya
Qətnamələr güclülərin maraqlarına uyğun gələndə icra olunur - ŞƏRH
18:33 27.10.2026
Gündəm