Ermənistanda atışma: 7 yaralıdan 3-ü qardaşdır






Ermənistanın Lori vilayətində həmkəndlilər arasında atışma olub.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, hadisə nəticəsində 7 nəfər yaralanıb.

Xəsarət alanlardan 3-ü qardaşdır. Qeyd olunur ki, atışma iki ailə arasında məişət zəminində baş verib.

Hadisənin təfərrüatları araşdırılır.