"Ermənistanda qan töküləcək"

"Ermənistanın hazırkı vəziyyəti Azərbaycanın 1990-cı illərdəki durumunu xatırladır”.
Bunu "Sherg.az”a millət vəkili Zahid Oruc işğalçı ölkədə baş nazir Nikol Paşinyanın sələflərinə və eyni zamanda onların hakimiyyəti dövründə hökumətdə post tutanlara qarşı başlatdığı təmizləmə siyasətindən danışarkən söyləyib.
Deputatın qənaətincə, Ermənistanda yeni hakimiyyət nümayəndələri ilə köhnələr arasındakı savaşın dərinləşməsi təcavüzkar ölkənin idarəetmə sistemini böhranlı duruma salıb:
"Oturuşmuş dövlətlərdə problemlər bir qədər fərqli xarakterdədir. Lakin Ermənistanda dövlətçilik anlayışı tamam başqa cürdür. Ötən 100 illər ərzində bu ölkədə hakimiyyətin formalaşdırılması baş tutmayıb. Bunlar da biləvasitə Ermənistanda mövcud olan düşüncə sistemi ilə bağlıdır. Hər zaman böyük dövlətlərin vassalı olublar. Ona görə də, Ermənistanda hakimiyyət bu vəziyyətdədir. Paşinyan keçmiş hakimiyyət nümayəndələrini zərərsizləşdirib, aradan qaldırmağa çalışır.
Çünki parlament seçkilərində onlar Paşinyanın mövqeylərinə zərbə vura bilərlər. Hazırda Ermənistanda qeyri-sabitlik hökm sürür.Bütün bunlar ölkədə vəziyyəti daha da qarışdıracaq. Çünki xalq iqtisadi cəhətdən təminatlı deyil. Paşıiyanın hakimiyyətə gəldiyi müddət ərzində gəlirlər artmayıb. Ermənistanda xalq Serj Sarkisyanın hakimiyyətindən boğaza yığıldığı üçün istənilən bir şəxsin hakimiyyətini xoş qarşılayır. Məncə, qarşıdakı dönəmdə həkimiyyət uğurunda mübarizə qanlı səviyyəyə keçəcək.
Silahlı qarşıdurmaların olacağı gözləniləndir. Paşinyanın məhkəməyə çağırdığı şəxslərdən olan Koçaryan apeliyasiyada qələbə qazanıb, azadlığa cıxıb, bütün qüvvələrini hərəkətə gətirib, aktiv siyasətə qayıdarsa, bu fonda maraqlar tuqquşması baş veəcək. Parlament gülləbaranı kimi qarşı dönəmdə siyasi rəqiblər bir-birilərinə atəş açacaqlar. Ermənistanda qan töküləcək. Beləliklə də separatçı Ermənistanda yaranan qarşıqlıq Azərbaycanın xeyrinə olan tendensiyanı gücləndirəcək. Çünki Ermənistan Rusiya ilə toqquşan kimi bu bölgədə Azərbaycanın mənafeyləri önə çıxacaq".
Kənan Eynuroğlu