"Ermənistanın regional təcridi qonşularına qarşı işğalçı mövqeyindən irəli gəlir" - Deputat

"Ermənilər tarix boyu Azərbaycan, Türkiyə, İran, Gürcüstan və başqa hər hansısa dövlətlərdə yaşayıblarsa, hazırda onlara qarşı ərazi iddiaları aparırlar. Bu faktorlar onların xəstəliyidir"



"Ermənistan əhalisinin azalması prosesi 25 ildən çoxdur davam edir".

Bu barədə "Sherg.az"a Ermənistanın regional təcridinin dərinləşməsindən danışarkən millət vəkili Elman Məmmədov bildirib. 

Onun sözlərinə görə, 1990-cı illərin əvvələrindən başlayaraq Ermənistan əhalisi yaranan ağır şəraitdən dolayı ölkələrini tərk ediblər: 

"Bu kimi faktları ölkənin öz statistika komitəsinin verdiyi məlumatlardan müşahidə edə bilərik. Düzdür, Ermənistan dövləti belə məsələlərdə informasiyanı saxtalaşdırıb, bəzi proseslərin üstünü ört-bastır edir. Lakin separatçı ölkə əhalisinin sayının azalmasının əsas səbəbi onların Azərbaycan dövlətinə və digər qonşularına qarşı apardıqları işğalçı siyasətləridir. Hazırda Ermənistanda iqtisadi böhran, əminamanlığın, sabitliyin, stabilliyin olmaması kimi dözülməz hal yaşanır. İşğalçı ölkədən müxtəlif səbəblərlə xaricə üz tutan insanlar bir daha geri qayıtmırlar. 

Eyni zamanda rəsmi qayda da Ermənistandan köçüb, gedənlər də çoxdur. Onlar statistik göstəricilərdə ölkəni tərk edənlərin sayını 10 min göstərsə də, bu, reallıq deyil. Çünki Ermənistanda elə illər olub ki, oranı tərk edənlərin sayı 30-45 min arasında dəyişib. Bu da özünü ordu qruculuğunda, hərbi çağrışlarda göstərir. Yəni əsgərlik yaşına çatan çağrışçıların sayında azalmalar müşahidə olunur. Buna görə də yaxın vaxtlarda yeni erməni faşisti Nikol Paşinyan əmr verib, qərar qəbul etdi ki, daxili qoşunlar, polislər gedib, Azərbaycan-Ermənistan təmas xəttində hərbi xidmət keçsinlər. 

Hətta onlar qadınları da cəbhəyə cəlb etmək etmək istəyirlər. Bunların hamısı işğalçı dövlətdə hərbi xidmət yaşında olanların çatışmalığından qaynaqlanır. Ermənistanda bu kimi problemlərin yaranmasının başlıca səbəbi Azərbaycana və digər qonşu ölkələrə qarşı düşmənçilik siyasəti aparmasıdır. Ermənistan qonu ölkərə qarşı ərazi iddialarından əl çəkməyib, çəkməyəcək də. Çünki bu tarixi erməni xəstəliyidir. 

Ermənilər tarix boyu Azərbaycan, Türkiyə, İran, Gürcüstan və başqa hər hansısa dövlətlərdə yaşayıblarsa, hazırda onlara qarşı ərazi iddiaları aparırlar. Bu kimi faktorlar ermənilərin xəstəliyidir və onlar bundan heç vaxtda əl çəkməyəcək. Ermənistan heç vaxt bu kimi mənfi xüsusiyətlərini sözlə anlamayacaq. Onlara təzyiq göstərib, güc tətbiq etmək lazımdır. O zaman onlar başa düşəcəklər. Ermənistandan əhali köçmələri artır. Onlar bunun əvəzində Suriya, Livan və digər ölkələrdən insanları aldadıb, gətirib, işğal olunmuş ərazilərimizdə məskunlaşdırırlar. Hələ ki, bunun qarşısını ala bilmirik. Amma əminəm ki, işğala son qoyulacaq".

Qeyd edək ki, 30 oktyabr tarixində İstanbulda Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin altıncı üçtərəfli görüşü keçirilib. Görüşün nəticəsi olaraq üç ölkənin xarici işlər nazirləri tərəfindən imzalanmış İstanbul bəyannaməsində beynəlxalq hüququn prinsipləri, xüsusilə də suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət və dəstək, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin bu prinsiplər əsasında həllinə dair qəti və prinsipial mövqe bir daha təsbit olundu.

Kənan Eynuroğlu