Evakuasiyaya görə, alınan ayrıca ödənişi ləğv etmək lazımdır. Yalnız dayanma və durma qaydasını pozmaya görə, cərimə qalsa, daha məqsədəuyğun olar. Evakuator avtomobillərinin istismarı xərcləri də məhz həmin cərimələr hesabına yığılan pullardan ödənilə bilər.
"Evakuasiyaya görə alınan ayrıca ödənişi ləğv etmək lazımdır" - TƏKLİF
12:23 11.01.2018
Arxiv
470
"Dünyanın əksər ölkələrində evakuasiya məsələsi elə müəyyən edilib ki, hər kəs harada maşın saxlamağın lazım olduğunu mütləq bilir”.
Bunu "Sherg.az”a nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov deyib. O diqqətə çatdırıb hətta lazımi ərazilərdə xüsusi nişanlar qoyulub:
"Bizdə isə evakuasiya qaydalarında, yanaşmalarda qeyri-müəyyənlik var və ədalətsizliklər baş verir. 2012-ci ilə qədər Rusiyada qeyri-müəyyənlikləri aradan qaldırmaq məqsədilə evakuasiya xidmətini pulsuz təşkil ediblər.
Evakuasiyaya görə, alınan ayrıca ödənişi ləğv etmək lazımdır. Yalnız dayanma və durma qaydasını pozmaya görə, cərimə qalsa, daha məqsədəuyğun olar. Evakuator avtomobillərinin istismarı xərcləri də məhz həmin cərimələr hesabına yığılan pullardan ödənilə bilər.Parklanma qaydalarını pozan sürücülərə münasibətdə ədalətin təmin edilməsi önəmlidir. Məsələn, 2 maşın eyni yerdə, eyni qaydada qanunsuz parklanıb və hər ikisi evakuasiya olunmalıdır. Bir evakuator gəlir, onlardan birini aparır, ikincisini isə sürücü özü gəlib sürüb gedir. Eyni qayda pozuntusu olsa da, 1-ci sürücü 20 manat cərimə, 20 manat evakuasiya haqqı – ümumi 40 manat pul, xeyli vaxt və əsəb itirir. 2-ci sürücü isə uzağı 20 manat cərimə olunur, bəzən hətta cərimə də olunmur. Bu, ədalətsizlikdir.
Bəzən olur ki, bir şəxs hər gün eyni yerdə maşını saxlayır. Bir müddət sonra həmin yerdən maşının evakuasiya olunduğunu görür. Qeyd etməliyik ki, əvvəlki hallarda sadəcə sürücünün bəxti gətirir və ekakuator maşını aparmadığından ödənişdən azad olur. Amma qayda pozuntusu varsa, cərimə ödənməlidir. Belə məsələlərdə məsuliyyətin labüdlüyü önə çəkilir”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu gün Azərbaycanda Zəfər Günüdür
00:18 08.11.2026
Gündəm
Şuşanın işğaldan azad olunmasından 6 il ötür
00:04 08.11.2026
Gündəm
Ərdoğan ABŞ Prezidenti Trampla telefonla danışıb
22:55 07.11.2026
Gündəm
Adı üç dəfə dəyişdirilən Azərbaycan kəndi: Haqqıxlıdan qalan izlər
22:33 07.11.2026
Ölkə
Türkiyə Prezidenti sabah Azərbaycana gələcək
22:24 07.11.2026
Gündəm
Ərdoğan Trampla regional məsələləri müzakirə etdi
22:09 07.11.2026
Gündəm
Polşanın Krakov şəhərində atışma - 5 ölü, 10 yaralı var - YENİLƏNDİ
21:43 07.11.2026
Dünya
6 ildir Zəfərin Qüruru ilə yaşayırıq - VİDEO
21:38 07.11.2026
Gündəm
İsmail Balaban və İlayda Şekerin ikinci övladı dünyaya gəldi
21:30 07.11.2026
Şou
Fransada etiraz aksiyası: Dronlar, helikopterlər cəlb olundu
21:06 07.11.2026
Dünya
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
20:40 07.11.2026
Gündəm
ABŞ Xəzər dənizində İranın qarşısını belə alacaq
20:24 07.11.2026
Dünya
Oskar mükafatlı rejissor evində ölü tapıldı
20:11 07.11.2026
Hadisə
8 nəfəri öldürən şəxsin silahı 12 min lirəyə aldığı məlum olub
20:03 07.11.2026
Hadisə