Azərbaycanda Eventus yarandı. Seymur Bayramovun təsisçiliyi ilə yaranan Eventus tədbirlərin yüksək keyfiyyətlə təşkilini həyata keçirəcək bir şirkətdir...
Sherg.az olaraq bu maraqlı ideya əsasında yaranan şirkəti ictimaiyyətə tanıtmaq istədik. Ən yaxşısı elə Eventusun özünü dinləyək...
Özünüzü təqdim edin....
-Eventus.
Təqdimata ehtiyacınız var?
-Təqdimata ehtiyacım ona görə var ki, insanoğlu varlığımdan hali olsun. Bu mənim yox onların xeyrinə olduğu üçün kiminsə məni düzgün formada çatdırması lazımdır.
Dünyaya niyə gəlmisiniz?
-Ehh… Yuxarılarda heç bilirsiz nələr baş verir? Sizin dərdiniz bütün tanrıları narahat edir. Dünya ilə müqayisədə Tanrılar Aləmi daha sıxıcıdır. Burda həmişə hərəkət var, zövq, əyləncə var. Amma siz yaşaya bilmirsiz. Başa düşürsüz? Mən hələ uzun illər əvvəldən dünyaya gəlməyin xəyalını qururdum, sadəcə buraya gəlmək üçün səbəb yaranmırdı. Səbəbsiz gəlmək isə Zevsin lənətinə tuş gəlməklə nəticələnir. Bütün ömrümboyu bu anın xəyalını qurmuşdum. Sizin bu qədər gözəl dünyanız var ikən, dəyərləndirə bilməməyiniz məni sadəcə heyfsiləndirirdi. Nəhayət ilk fürsət ayağıma qədər gəlmişdi. Tanrılar sizin üçün narahat idi. Sizin monotonluğunuz və cansıxıntınız onsuz da sıxıcı olan Tanrıları daha da sıxıntıya qərq edirdi. Bir gün böyük toplantı oldu və mən gördüyüm problemi onlara dedim. Razılaşdılar və gəldim.
Problem nədə idi?
-Problem elə sizdədir. Məncə əlinizdəki dünyanın qədrini bilmirsiz. Əyləncəni standartlardan kənara çıxarıb qeyri-adi etməyi bacarmırsız. Əylənməyə gedəndə də özünüzü o qədər sıxırsız ki, elə bil əylənmək qəbahətdir. Çərçivələrin içində yaşayırsınız və əyləncə formanız sadəcə realizm üstünə qurulub. Hansısa fantaziyaya qarşı soyuqluq var. Buna görə də bütün tədbirlər bir-birinə oxşayır. Buna görə də mən gəldim ki, fərq olsun. Mənim mahiyyətim budur -fərqlilik.
Gəldiyiniz yer üçün darıxırsınızmı?
-Düzü, bunu demək üçün hələ çox tezdir. Bu məndən çox sizə, siz insanlara bağlıdır. Siz nə qədər ki, əylənmək istəyirsiz, fərqlilik axtarırsız, mən buradayam. Toylarda, şənliklərdə, ad günlərində, korporativ tədbirlərdə, partylərdə və.s. fərqlilik axtaran bütün insanlar yer üzündən çəkildiyi gün, mən də artıq getmək qərarına gələcəm. Yəni ki, heç yerə tələsmirəm, gedən yerim də yoxdur, buralardayam və darıxmıram. Sizlə mənə maraqlıdır.
Xaos Tanrısına qalib gəlmək üçün nə kimi planlarınız var?
-Bunları oxuyacağını düşünəndə, bu haqda çox sirr vermək istəmirəm. Yer üzündə hazırda bir çox planlarımız və işlərimiz sürətlə davam edir. İnsanlara elə mən lazım imişəm. Xeyli əməkdaşlıq təklif edən şirkətlər, şəxslər var. Görünür, başqa insanlar da bu sıxıcılıqdan, meşşanlıqdan bezib. Xaos tanrısını heç yaxşı günlər gözləmir, bundan əmin ola bilərsiz.
Sizcə insanların, insanlığın ehtiyacı olan nədir?
-Mən həmişə bunu düşünmüşəm, çox tez tez öz özümə verdiyim sual idi. Bir cavabdan o biri tərəfə keçə bilmədim. Dayanmağa. İnsanlar hər gün o qədər qaçaqaçdadır ki, dayanıb nəfəs almırlar. Özlərinə az qala vaxt ayırmırlar. İnsanlar bir az dayanıb, bir biriylə olan yarışa son qoyub, daha çox bu qarışıqlıqdan qurtulub, düşünməlidirlər. Bu onların istədiyidirmi? Qarışıqlıq Xaosun istədiyidir. O bu qarışıqlıq içində bir balans düzəldir və davamlılıq yaradır. Nəticədə davamlı yarışan, xoşbəxt olmayan, əylənməyən və mütəmadi eyni işlər görən insanlar meydana gəlir. Soruşuram, axırıncı dəfə ürəyiniz dolusu haçan əylənmisiz?
Daha çox nəyə yönələcəksiniz?
-İnsanların xoşbəxtliyinə və asudə vaxtlarını gözəl keçirməsin. Eyni zamanda bir xeyir işə, bir tədbirə gələndə maksimum dərəcədə əylənə bilməkləri əsas hədəfimdir. İnsanlar, bilməlidir ki, onları təkrarçılıq yox, yenilik və fərqlilik xoşbəxt edir. Yarışacaqlarsa məhz fərqlilik üçün yarışmalıdırlar.
İnsanlar diləklərini hansı yolla çatdıra bilərlər sizə?
Yer üzünə gələndən təmasda olduğum tərəfdarlarım var. Onlar mənim varlığımı yönləndirir və insanlara çatmağımı istiqamətləndirirlər. Əsas etibarilə, Sosial Media vasitələrindən və orada yerləşən əlaqə vasitələrindən diləklərini bildirə bilərlər.
İnsanlar üçün son sözünüz nədir?
Όλα θα είναι καλά (Ola Taine kala- hər şey yaxşı olacaq)