FHN-dən əhaliyə dəm qazı XƏBƏRDARLIĞI
12:18 11.01.2018
Arxiv
345
Fövqəladə Hallar Nazirliyi dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edib.
"Sherg.az"-ın FHN-nin saytına istinadən xəbərinə görə, qış mövsümü ilə əlaqədar əhalinin təbii qaza olan təlabatının artması fonunda qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarının pozulması dəm qazı təhlükəsi yaradır. Ölümlə nəticələnə bilən bu təhlükə ilə üzləşməmək üçün aşağıda göstərilən qaydalara əməl edilməlidir:
qaz cihazı saz və standartlara uyğun olmalı;
cihaz olan məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalı;
havaçəkən sistem işləməli, nəfəslik açıq olmalı;
hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər olmalı;
tüstü bacaları ildə iki dəfə təmizlənməlidir.
Yadda saxlayın! Dəm qazı iysizdir, hiss edilmir!
Ondan zəhərlənmənin əlamətləri: baş ağrısı, baş gicəllənməsi, ürək bulanması, halsızlıq.
Dəm qazından zəhərlənmiş insanı təmiz havaya çıxarıb, nəfəsalmasını çətinləşdirən geyimlərdən azad etmək, təcili tibbi yardım çağırmaq lazımdır!
Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu gün Azərbaycanda Zəfər Günüdür
00:18 08.11.2026
Gündəm
Şuşanın işğaldan azad olunmasından 6 il ötür
00:04 08.11.2026
Gündəm
Ərdoğan ABŞ Prezidenti Trampla telefonla danışıb
22:55 07.11.2026
Gündəm
Adı üç dəfə dəyişdirilən Azərbaycan kəndi: Haqqıxlıdan qalan izlər
22:33 07.11.2026
Ölkə
Türkiyə Prezidenti sabah Azərbaycana gələcək
22:24 07.11.2026
Gündəm
Ərdoğan Trampla regional məsələləri müzakirə etdi
22:09 07.11.2026
Gündəm
Polşanın Krakov şəhərində atışma - 5 ölü, 10 yaralı var - YENİLƏNDİ
21:43 07.11.2026
Dünya
6 ildir Zəfərin Qüruru ilə yaşayırıq - VİDEO
21:38 07.11.2026
Gündəm
İsmail Balaban və İlayda Şekerin ikinci övladı dünyaya gəldi
21:30 07.11.2026
Şou
Fransada etiraz aksiyası: Dronlar, helikopterlər cəlb olundu
21:06 07.11.2026
Dünya
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
20:40 07.11.2026
Gündəm
ABŞ Xəzər dənizində İranın qarşısını belə alacaq
20:24 07.11.2026
Dünya
Oskar mükafatlı rejissor evində ölü tapıldı
20:11 07.11.2026
Hadisə
8 nəfəri öldürən şəxsin silahı 12 min lirəyə aldığı məlum olub
20:03 07.11.2026
Hadisə