Finlandiyada azərbaycanlının meyiti tapılıb

Finlandiyanın Rauma rayonu yaxınlığında azərbaycanlı Əliyev Rauf Rauf oğlunun meyiti tapılıb.
"Report"un Avropa bürosunun məlumatına görə, onun kimliyi üstündə aşkar olunmuş sənədlə müəyyənləşdirilib.
Təxminən 40-42 yaşlarında olan azərbaycanlının nəşi milliyyətcə rus xanımına təhvil verilib. O, restoran biznesində çalışırmış. Polis ölümün səbəbini araşdırır. Meyitin üzərində zorakılıq əlamətləri aşkar olunmayıb.