Fransa portalı Birinci vitse-prezident Mehriban Əliyevanın səfərindən yazıb
13:28 26.03.2019
Arxiv
605
Fransanın https://luxus-plus.com portalında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu ölkəyə səfəri ilə bağlı "Fransa-Azərbaycan: uzun tarixi, iqtisadi əməkdaşlıq” adlı məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə Birinci vitse-prezident Mehriban Əliyevanın Fransaya səfəri çərçivəsində iki ölkə arasında tərəfdaşlıq məsələlərinin müzakirə olunmasından yazılıb. Ölkəmizin iqtisadi və digər sahələrdə böyük potensiala malik olduğu vurğulanıb.
"Qafqazın güclü iqtisadi gücə malik ölkəsi olan Azərbaycanla siyasi, iqtisadi və mədəniyyət münasibətlərindən necə yan keçmək olar? Fransa yaxşı anlayır ki, dünyanın stabil və regional aparıcı ölkələrinə ehtiyacı var. Buna görə də bu gün güclü iqtisadi inkişafı olan ölkələrlə ikitərəfli münasibətləri təşviq etmək zəruridir”, - deyə jurnalist Elen Kuqo diqqətə çatdırıb.
Məqalədə qeyd edilir ki, əlverişli coğrafi mövqeyinə görə Azərbaycan əsas regional mərkəzdir və əsas marağı möhkəm iqtisadiyyata malik olmaqdır.
"Azərbaycan inkişafda olan güclü ölkədir”, - deyə ölkəmizi təqdim edən jurnalist son 20 ildə ölkəmizin yalnız karbohidrogen ehtiyatlarına güvənməyərək iqtisadiyyatın bütün sektorlarını şaxələndirdiyini diqqətə çatdırıb.
Ölkəmizin kənd təsərrüfatının inkişafından söz açılaraq bir çox yerli məhsulların ABŞ-dan tutmuş Yeni Zelandiyaya qədər dünyanın müxtəlif ölkələrinə ixrac edildiyi vurğulanıb. Azərbaycan şərablarının məşhur olmasından yazılıb.
Eyni zamanda, ölkəmizin ağır sənaye, logistika, ticarət, maliyyə xidmətləri, informasiya texnologiyaları kimi sahələrində inkişafından danışılıb.
Azərbaycanın dünya iqtisadi rəqabətlilik baxımından 37-ci yerdə qərarlaşdığı qeyd edilib. Ölkəmizin strateji geosiyasi məkanda yerləşdiyi, işsizliyin həcminin aşağı olduğu, bütün nəqliyyat növləri üzrə infrastrukturun genişləndirildiyi vurğulanıb. Böyük İpək Yolunun Bakı üçün keçmiş deyil, gələcək olduğu bildirilib.
Məqalədə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransa səfərindən və bu ölkənin rəsmi şəxsləri ilə görüşlərindən bəhs olunub. Qeyd edilib ki, görüşlərdə iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı məsələləri müzakirə edilib.
Azərbaycanın Birinci vitse-prezidentinin səfər çərçivəsində görüşdüyü fransız müəssisələrinin nümayəndələri görüşlərin məhsuldar olduğunu, iqtisadi əməkdaşlıq üçün böyük perspektivlərin mövcudluğunu xüsusi qeyd ediblər.
Qafqaz regionunda Azərbaycanın Fransanın birinci iqtisadi tərəfdaşı olduğu vurğulanıb.
Qeyd edək ki, iqtisadiyyat üzrə ixtisaslaşmış "Luxus-Plus” portalının eyni adlı jurnalı da dərc olunur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: "ABŞ İranla bağlı qərarını tezliklə verəcək"
23:38 13.10.2026
Aktual
"Qarabağ" "Sabah"ı təbrik etdi
23:19 13.10.2026
Futbol
Trampdan husilərə xəbərdarlıq: "Mən bunu heç vaxt unutmayacağam"
23:00 13.10.2026
Dünya
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət