Gəncədə 12 kq-dan çox uyuşdurucu vasitə ələ keçirildi
19:00 30.08.2021
Arxiv
793
Ötən həftə Gəncədə 12 kq-dan çox narkotik dövriyyədən çıxarılıb.
Daxili işlər Nazirliyindən APA TV-nin yerli bürosuna verilən məlumata görə,
Gəncə Şəhər Baş Polis İdarəsi (ŞBPİ) və onun tabeli qurumlarının əməkdaşlarının keçirdiyi nəticəsində nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini İbrahim Qocayev saxlanılıb.
Onun üzərinə baxış keçirlən zaman narkotik vasitə olan qurdulmuş marixuana aşkar edilərək götürlüb. Saxlanılan şəxsin ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində gizlətdiyi 3 kq 895 qram qurudulmuş marixuana aşkar olunub.
Keçirilən digər bir əməliyyat-axtarış tədbiri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamqda şübhəli bilinən şəhər sakini Tərlan Hüseynov saxlanılan zaman onun üzərindən heroin aşkarlanıb.
Baş İdarənin Nizami rayon Polis İdarəsinin əməkdaşları qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən Mehti Məmmədovun üzərindən narkotik maddə olan heroin aşkar edib. İdarə əməkdaşlarının keçirdikləri digər tədbirlər nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Pərvin Sadıqov saxlanılan zaman isə ondan narkotik maddə olan heroin aşkarlanıb.
Nizami rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinin əməkdaşları metamfetamin və marixuana əldə edib saxlmaqda şübhəli bilinən Vidadi İsgəndərovu saxlayıb. Saxlanılan şəxsin yaşadığı evindən də marixuana aşkar olunub.
Baş İdarənin Kəpəz Rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı isə Rasim Qasımov saxlanılıb. Üzərində qurudulmuş marixuana aşkar edilən Rasim Qasımov narkotik vasitə istifadəçisi olduğunu, özü üçün şəhər ərazisində narkotik maddə gizlətdiyini etiraf edib. Əraziyə baxış zamanı oradan 1 kq-dan çox narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürlüb.
Ötən həftə ərzində Gəncə şəhər Baş Polis İdarəsinin və onun tabeli qurumlarının əməkdaşlarının keçirdikləri kompleks əməliyyat tədbirləri nəticəsində 12 kq-dan çox narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Aşkar edilən faktlarla bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zakir Həsənov Belarus müdafiə naziri ilə görüşüb - VİDEO
18:11 15.09.2026
Gündəm
Zaxarova: Paşinyana belə də çatdırın, onu lənətləyəcəklər
17:53 15.09.2026
Siyasət
Kriştianu Ronaldu "Əl-Nəsr" klubunun sahiblərindən biri ola bilər
17:39 15.09.2026
Futbol
Sabirabadda uşaq ölü doğulub - YENİLƏNİB
17:10 15.09.2026
Hadisə
“Azərşəkər”dən kiçik məktəblilərə böyük sevinc
17:10 15.09.2026
Ölkə
108 İLİN XATİRƏSİ: Türk ordusunun Naxçıvana köməyi
17:09 15.09.2026
Tarix
Husilər: Səudiyyə Ərəbistanını hədəfə almaq qanuni haqqımızdır
17:01 15.09.2026
Dünya
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
16:46 15.09.2026
Gündəm
ABŞ İran əməliyyatı zamanı 22 milyard dollarlıq sursat sərf edib
16:43 15.09.2026
Gündəm
Rus ordusu Olxovatkanı işğal etdi
16:26 15.09.2026
Dünya
Rus hərbi bazası Ermənistana baha başa gəlir - Aleksanyan
16:18 15.09.2026
Gündəm
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol