Gürcüstanda yanacaq bahalaşıb, Azərbaycanda gözlənilmir
20:04 18.10.2016
Arxiv
404
“Bizdə adətən uzunmüddətli prosesdən sonra qiymətlərin kəskin qalxması müşahidə olunur”
Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) Gürcüstanda benzin və dizel yanacağının qiymətini artırıb. Ölkənin bütün yanacaqdoldurma məntəqələrində benzin və dizelin qiyməti 2 qəpik bahalaşıb. Neft Məhsulları İdxalçıları Assosiasiyasının rəhbəri Vano Mtvralaşvili qiymət artımını iki amillə - dünya bazarında neftin bahalaşması və milli valyutanın (lari) devalvasiyası ilə əlaqələndirib:
"OPEC ölkələri neftin hasilatının azaldılması ilə bağlı razılığa gəldi. Bu razılaşma neftin bahalaşmasına hesablanıb. Bu, xarici amildir. Lakin qiymət artımına daxili amil də təsir göstərir. Söhbət larinin devalvasiyasından gedir. Devalvasiya son 1-2 ay ərzində az qala hər gün baş verir. Hər iki amil yanacağın bahalaşmasına səbəb oldu”. "Senta” şirkətinin rəhbəri Zaala Yakobidze isə bildirib ki, indiki şəraitdə yanacağın qiymətini stabil saxlamaq mümkün deyil: "Bizdə qiymətlər dünya bazarında baş verən proseslərə adekvat dəyişir”. Xatırladaq ki, 2015-ci ilin sonuna olan statistikaya əsasən, Gürcüstanda SOCAR brendi altında 115-dən artıq YDM fəaliyyət göstərir. Neft Şirkətinin qonşu ölkədə benzinin qiymətini artırması Azərbaycanda bu ehtimalı gündəmə gətirib. Bəzi ekspertlərə görə, hər dəfə "Azərbaycanda neftin qiymətinin ucuz olduğunu” iddia edən SOCAR ölkədə yanacağı bahalaşdıra bilər. Ancaq bu cür ehtimalı əsassız sayanlar daha çoxdur. Məsələ ilə bağlı "Şərq”ə danışan Neft Araşdırmaları Mərkəzinin sədri İlham Şaban deyib ki, Gürcüstanda neft məhsullarının qiyməti bazar elementlərinə əsaslanır: "Qonşu ölkədə dövlət neft məhsullarının formalaşmasında nə birbaşa, nə də dolayısı ilə iştirak edir. Gürcüstanda yanacağın qiyməti bazar iştirakçılarının rəqabəti və dünya bazarının yerli bazara təsirləri nəticəsində formalaşır. Azərbaycanda isə situasiya fərqlidir. Müstəqilliyimizi əldə edən gündən indiyə kimi neft məhsulları bazar elementləri əsasında formalaşmayıb. Bizdə bu məsələni dövlətin nəzarəti altında işləyən Tarif Şurası həll edib. Ancaq 2014-cü il aprel ayının 1-dən yüksək oktanlı benzinlər Tarif Şurasının nəzarətindən çıxarılıb”.
Ekspertə görə, Azərbaycanda benzin və dizelin qiymətinin yerli bazarda qalxması və ya düşməsi ilə bağlı hər hansı mülahizə söyləmək, bunu dünya bazarında gedən proseslərlə əlaqələndirmək mümkün deyil: "Çünki yerli bazarla dünya bazarında qiymətlər qətiyyən uzlaşmır. Ölkəmizdə qiymətlərin müəyyənləşməsi daha çox dövlətin apardığı siyasətdən və mövcud şəraitdən asılı olur. Bizdə adətən uzunmüddətli prosesdən sonra qiymətlərin kəskin qalxması müşahidə olunur. Məsələn, 2013-cü ilin dekabrında yanacağın qiyməti birdən-birə 30 faiz artdı”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: "ABŞ İranla bağlı qərarını tezliklə verəcək"
23:38 13.10.2026
Aktual
"Qarabağ" "Sabah"ı təbrik etdi
23:19 13.10.2026
Futbol
Trampdan husilərə xəbərdarlıq: "Mən bunu heç vaxt unutmayacağam"
23:00 13.10.2026
Dünya
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət