Həmsədrlər Cənubi Qafqaz regionuna səfərlərinin yekunu ilə bağlı bəyanat yayıblar
16:45 02.11.2018
Arxiv
779
ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefano Viskonti (Fransa), Endryu Şofer (ABŞ) və qurumun fəaliyyətdəki sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə birgə okyabrın 29-dan noyabrın 2-dək Cənubi Qafqaz regionuna səfərlərinin yekunu ilə bağlı bəyanat yayıblar.
"Report” ATƏT-in rəsmi saytına istinadən xəbər verir ki, səfərin əsas məqsədi kimi MDB-nin Düşənbədə keçirilən zirvə görüşü çərçivəsində Azərbaycanla Ermənistan liderləri arasındakı danışıqların nəticələrini müzakirə etmək, sülh prosesində bundan sonra atılacaq addımları müəyyənləşdirmək olduğu göstərilir.
Onlar səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri əvəzi Nikol Paşinyanla görüşlər keçirib, Ağdam rayonu ərazisində, Azərbaycanla Ermənistan qoşunlarının təmas xəttindəki növbəti monitorinqdə iştirak edib, Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) və Qızıl Aypara Cəmiyyəti, BMT-nin Qaçqınlar üzrə Ali Komisarlığı nümayəndələri ilə vəziyyəti müzakirə ediblər. Həmsədrlərlə görüşlər zamanı hər iki ölkənin liderləri təmas xəttindəki vəziyyətin xeyli səngidiyini təsdiqləyiblər.
Həmçinin Azərbaycanla Ermənistan xarici işlər nazirlərinin ilin sonunadək görüş keçirmək barədə razılığa gəldikləri də qeyd olunur. Həmsədrlər Vyanada ATƏT-in Daimi Şurasına səfərin yekunları barədə məruzə edəcəklər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qətnamələr güclülərin maraqlarına uyğun gələndə icra olunur - ŞƏRH
18:33 27.10.2026
Gündəm
Putin: Bir sıra beynəlxalq idman təşkilatları əməkdaşlığı dağıdır
18:14 27.10.2026
Dünya
Putin Azərbaycanı Rusiya üçün yaxşı tərəfdaş adlandırıb
18:10 27.10.2026
Gündəm
İnternetin qiyməti yenə qalxır?
18:07 27.10.2026
Aktual
Hörmüz boğazından keçən neft tankeri minaya düşüb
17:51 27.10.2026
Hadisə
Dövriyyədə olan nağd pulun həcmi 12 faizə yaxın artıb
17:09 27.10.2026
İqtisadiyyat
Türkiyə NATO-ya güzəştə getmədi - Montrö qərarının pərdəarxası
17:05 27.10.2026
Region
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
16:58 27.10.2026
Gündəm
Pəhləvi: Plan hazırdır, İran rejimini devirmək üçün fürsət yaranıb
16:46 27.10.2026
Gündəm
Köhnəlməyən səs yaddaşımız - AZƏRBAYCAN RADİOSU-100
16:15 27.10.2026
Media
Pezeşkian Moskvada səfərdədir
16:07 27.10.2026
Dünya
Xalq artisti Zaur Rzayevin vəziyyəti ağırdır
16:06 27.10.2026
Mədəniyyət