Hər yerdə onların şəkili: Pakistan Ərdoğanı belə qarşıladı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistana rəsmi səfərə gedib. Ərdoğan və türk heyətini, Pakistan Baş naziri Navaz Şərif ilə digər rəsmi səlahiyyətlilər qarşılayıb. Bir çox nazirin olduğu heyətdə baş qərargah rəisi general Hulusi Akar da var.
Prospektlərə Türkiyə və Pakistan bayraqları asılan ölkədə, hər yerdə Ərdoğan, Pakistan prezidenti Məmnun Hüseyn və baş naziri Navaz Şərifin şəkillərini görmək olur.
Türk heyətinin qalacağı otelin önünə isə "Yaşasın Pakistan-Türkiyə qardaşlığı" yazısı diqqət çəkib.