İlham Əliyev Çin Xalq Siyasi Məşvərət Şurasının sədrilə görüşüb
14:12 24.04.2019
Arxiv
493
Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pekində Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, Çin Xalq Siyasi Məşvərət Şurasının sədri Van Yanla görüşüb.
"Sherg.az"a xəbər verir ki, Van Yan Azərbaycan Prezidentinin Çinə səfərinin ikitərəfli əlaqələrimizə töhfə verdiyini bildirib. "Bir kəmər, bir yol” layihəsinin hərtərəfli əməkdaşlığı ehtiva edən geniş ictimai platforma olduğunu deyən Van Yan Azərbaycanın və Çinin beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birini dəstəklədiyini vurğulayıb. Qeyd edib ki, ölkələrimiz birgə səylərlə siyasi, iqtisadi, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığı daha da inkişaf etdirməlidir.
Prezident İlham Əliyev ölkələrimiz arasında bütün istiqamətlərdə əməkdaşlığın inkişafında müsbət dinamikanın olduğunu bildirib. Azərbaycanın Çin dövləti başçısının təşəbbüskarı olduğu "Bir kəmər, bir yol” layihəsinə mühüm əhəmiyyət verdiyini, bu təşəbbüsü dəstəkləyən ilk ölkələrdən olduğunu qeyd edib.
Bildirib ki, ölkəmizdə müasir nəqliyyat infrastrukturunun yaradılmasına xüsusi önəm verilir. Prezident İlham Əliyev ikinci "Bir kəmər, bir yol” Beynəlxalq Forumuna dəvətə görə təşəkkür edib, bunu Azərbaycana olan hörmətin və dostluğun nümunəsi kimi qiymətləndirib. Dövlətimizin başçısı bu səfərinin Azərbaycanla Çin arasında əməkdaşlığın inkişafına ciddi təkan verəcəyini bildirib.
Söhbət zamanı Çin-Azərbaycan münasibətlərinin və iqtisadi sahədə əməkdaşlığın inkişafı, ticarət dövriyyəsinin artırılması, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək, investisiya qoyuluşu və digər məsələlər müzakirə olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“8 illik əzab bitdi” - Şakira vergi işi üzrə tam bəraət aldı
18:30 18.05.2026
Şou
Kobaxidze Azərbaycana təşəkkür etdi
18:18 18.05.2026
Gündəm
Paşinyan qadına qışqırdı: “Bura gəl, bir dəqiqə, getmə!"
18:09 18.05.2026
Gündəm
Hantavirusa qarşı təcili peyvənd hazırlanır
18:02 18.05.2026
Sağlamlıq
Bütün millətlərdən istifadə etməliyik - Pezeşkian
17:50 18.05.2026
Region
Prokuror Rüfət Səfərova cəza istədi
17:49 18.05.2026
Ölkə
AzTV əməkdaşları planetin ən aqressiv qəbiləsində - VİDEO
17:09 18.05.2026
Cəmiyyət
Paşinyanı hədələyənlərə qarşı cinayət işi açıldı
17:06 18.05.2026
Gündəm
Azərbaycan dili fənni üzrə imtahanın nəticələri elan olundu
16:23 18.05.2026
Elm və Təhsil
Sərgən Yalçın "Beşiktaş"dan getdi
16:17 18.05.2026
Futbol
Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri ilə görüşü oldu
15:55 18.05.2026
Gündəm
May ayı artıq əvvəlki may deyil - EKSPERTLƏRİN RƏYİ
15:46 18.05.2026
Ekologiya
DİM məlumat yaydı: Dünənki imtahan təkrar keçiriləcək!
15:34 18.05.2026
Elm və Təhsil
Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
15:21 18.05.2026
Dünya
İran bu şirkətləri hədələdi: İnterneti kəsəcəm!
15:04 18.05.2026
Region