Bu, Azərbaycanın həll prosesində gedəcəyi ən maksimal güzəşt formasıdır
İndi Ermənistanın düşünmək zamanıdır
22:07 19.10.2016
Arxiv
590
Biz geri çəkilmirik, əksinə, Dağlıq Qarabağın əvvəlki statusunu bərpa edirik
Bu, Azərbaycanın həll prosesində gedəcəyi ən maksimal güzəşt formasıdır
Bu, Azərbaycanın həll prosesində gedəcəyi ən maksimal güzəşt formasıdır
Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı vacib fikir söyləyib. Dövlət başçısı bildirib ki, işğal altındakı ərazilərin boşaldılmasından sonra Dağlıq Qarabağa muxtar respublika statusu verilə bilər: "Azərbaycanın ərazi bütövlüyü məsələsində kompromislər mümkün deyil. Biz heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməsinə razı olmayacağıq.
Lakin yerli özünüidarəçilik məsələlərində kompromis mümkündür. Əgər razılığa gəlsək, bu özünüidarə Dağlıq Qarabağ Muxtar Respublikası şəklində ola bilər. Bundan artıq kompromisə gedə bilmərik”. Prezidentin toxunduğu mühüm məqama münasibət bildirən millət vəkili Aydın Mirzəzadə deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyi əsas götürülməlidir. Digər mövqelər köməkçi yanaşmalar hesab olunur: "Azərbaycan işğala məruz qalan tərəfdir. Ermənistan 25 ildir ki, Azərbaycan torpaqlarını işğal edərək öz ərazilərinə qatmaq istəyir. Amma bu müddət ərzində istəyinə nail ola bilməyib. Biz öz torpaqlarımızdan heç vaxt imtina etməyəcəyik. Ərazi bütövlüyünün bərpası bizim üçün prinsipial məsələdir. Əgər Ermənistan işğal olunmuş ərazilərdən qoşunlarını çəkməsə, istənilən vasitədən istifadə edərək torpaqlarımızı azad edəcəyik. Azərbaycan Prezidenti cənab İlham Əliyev nitqində bir daha bəyan etdi ki, biz ancaq Dağlıq Qarabağa muxtar respublika statusu verə bilərik. Muxtar respublika isə bütün dünyada qəbul olunmuş ən yüksək statusdur. Muxtar respublika - xarici siyasət və maliyyə məsələləri istisna olmaqla unitar idarəetmə formasıdır. İndi düşünmək növbəsi Ermənistan hakimiyyətinindir. Onlar bilməlidirlər ki, Azərbaycan heç vaxt öz ərazilərində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək”. Politoloq Fikrət Sadıqov isə deyir ki, belə bir bəyanatı vaxtilə mərhum Prezident Heydər Əliyev də səsləndirib: "O, işğal olunmuş ərazilərin qaytarılması müqabilində Dağlıq Qarabağa ən yüksək status verilməsini təklif etmişdi. Ötən gün dövlət başçısı İlham Əliyev də ilk dəfə olaraq bəyan etdi ki, ermənilər Dağlıq Qarabağdan öz qoşunlarını geri çəksələr, bölgəyə muxtar respublika statusu verilə bilər. Bu mövqe heç də aparıcı dövlətlərin Dağlıq Qarabağ məsələsi ilə bağlı mövqelərinə zidd deyil. Aparıcı dövlətlər Prezidentin Dağlıq Qarabağın statusu ilə bağlı son bəyanatını münaqişənin həlli istiqamətində bir kompramis kimi dəyərləndirməlidir. Bu, normal davranışdır. Azərbaycan ərazilərin sülh yolu ilə qaytarılması müqabilində muxtar vilayət statusunu muxtar respublika ilə də əvəzləyə bilər. Əslində Dağlıq Qarabağ heç vaxt muxtar respublika olmayıb. Bu, Azərbaycanın həll prosesində gedəcəyi ən maksimal güzəşt formasıdır”. Politoloqun sözlərinə görə, işğalçı tərəf bu barədə yaxşı-yaxşı düşünməlidir: "Azərbaycan ərazisində növbəti erməni dövləti qurula bilməz. Kimin xoşuna gəldi-gəlmədi, bu bizim prinsipial mövqeyimizdir. Bunun əksini demiş olsaq, o zaman qondarma qurumun müstəqilliyini tanımış olarıq. İşğal olunmuş ərazilərin azad olunması ilə bağlı müharibə variantından imtina etməmişik. Aprel ayında ermənilərə və dünyaya sübut etdik ki, torpaqları müharibə yolu ilə azad etməyə gücümüz çatır. Sadəcə olaraq Azərbaycan dövləti ərazilərini sülh yolu ilə qaytarmaq niyyətindədir”. Siyasi elmlər doktoru Cümşüd Nuriyev də bu fikri Prezidentin düzgün siyasəti kimi qiymətləndirib: "Dağlıq Qarabağın muxtar vilayət statusu 1991-ci il noyabrın 26-da ləğv olunub. Bir aydan sonra həmin tarixin 25 ili tamam olur. Azərbaycan bu muxtariyyəti yenidən bərpa edə bilər. Cənab Prezident də bunu nəzərdə tutub. Hüquqi cəhətdən burada heç bir problem yoxdur. Biz geri çəkilmək yox, əksinə, Dağlıq Qarabağın əvvəlki statusunu bərpa edirik. Burada Azərbaycanın ərazi bütövlüyündən söhbət gedir. Hüquqi cəhətdən heç bir boşluq yoxdur. Azərbaycan əgər bu yolla Dağlıq Qarabağı geri qaytara bilsə, ən böyük uğur ola bilər. Bu, Prezidentin çox ağıllı və düşünülmüş siyasətidir. Başqa cür şərh edilməsinə ehtiyac da yoxdur”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: "ABŞ İranla bağlı qərarını tezliklə verəcək"
23:38 13.10.2026
Aktual
"Qarabağ" "Sabah"ı təbrik etdi
23:19 13.10.2026
Futbol
Trampdan husilərə xəbərdarlıq: "Mən bunu heç vaxt unutmayacağam"
23:00 13.10.2026
Dünya
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət