İnflyasiya arta bilər- EKSPERT




Azərbaycanda inflyasiyanın artması gözlənilir.

Bunu Sherg.az-a ərzaq məshaullarının bahalaşma səbəbindən danışarkən maliyyə bazarı üzrə eksperti Cəfər İbrahimli söyləyib. 

Ekspertin fikrincə, inflyasiyanı yaradan tendensiyaların əsasında manatın ucuzlaşması dayanır: 

" Bu gün Azərbaycanda inflyasiyanın olmasını heç kim inkar etmir. Bu birbaşa ölkənin idxaldan asılılığının göstəricisidir. Manatda yaranan dəyər itkisi, valyutanın qiymətinin aşağı düşməsi qiymət artımının yaranmasına səbəb olub. Biz əvvəlki illərlə müqayisədə inflyasiyanın yüksək olmasını aydın şəkildə görürük. İnflyasiyanın həddinin hesablanmasını Statistika komitəsi həyata keçirir. Verilən məlumatda artıq Azərbaycanda inflyasiyanın ikirəqəmli ədədə keçməsi göstərilir. İqtisadiyyatın fundamental problemləri fonunda bu rəqəmi saxlamaq elə də ziyanlı deyil. Hələlik bu rəqəmin artması daha çox gözlənilir”.

Qeyd edək ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə 2016-cı ilin yanvar-oktyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2015-ci ilin eyni dövrünə nisbətən 11,6 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 13,4 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 16,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 5,4 faiz bahalaşıb.

Ayyət