İran ayaqqabıları bazarı zəbt edir - İxrac 54 faiz artıb




Bu ilin ilk yarısında İranın ayaqqabı ixracı 54% artımla 62 milyon dollara çatıb.

Trend-in İranın Gömrük idarəsinə istinadən məlumatına görə, ötən ilin analoji dövrü ilə müqayisədə bu il ayaqqabı ixracatında 54% artım olub.

Qeyd olunan müddət ərzində 13 min 402 ton ayaqqabı ixrac olunub.