İranla İraq arasında hərbi əməkdaşlığa dair SAZİŞ...




Dünən İranla İraq arasında hərbi əməkdaşlığın gücləndirilməsinə dair hərbi saziş imzalanıb. 

Sherg.az "Lefigaro.fr"ə istinadən xəbər verir ki, bu barədə İranın aparıcı informasiya agnetliyi olan "İRNA" məlumat yayıb. Xəbərdə deyilir ki, razılaşmada əsas məqsədlərdən biri də ektremmizim və terrorizmə qarşı mübarizəni gücləndirməkdir. 

İranın müdafiə naziri Hüseyn Dehqan və onun iraqlı həmkarı Ərfan Əl İyali sərhədlərin təhlükəsizliyi barədə də protokol imzalayıblar. 

Bundan başqa yazıda bildirilir ki, bu ölkələr arasındakı əlaqələr İraqda diktatorial rejim yaradan və Tehranın ən böyük düşməni olan Səddam Hüseynin devrilməsindən sonra daha da möhkəmlənib.  

Həmçinin yazıda bildirilir ki, hazırda ABŞ-ın İrana təsir və təzyiqləri getdikcə güclənir. Vaşinqton Suriya, İraq və Yəməndəki qarşıdurmaları əsas gətirərək illərdir Tehrana sanksiyalar tətbiq edir. 
 
ABŞ-da Donald Trampın prezident seçilməsindən sonra bu ölkələr arasındakı gərginlik daha da şiddətlənib. Vaşinqton Tehranı radikal qüvvələrə dəstək olub regionda qeyri-stabil durum yaratmaqda ittiham edir. 

Tərücmə etdi: Ayyət ƏHMƏD