
İstanbul və Ankara uğrunda ciddi mübarizə gedəcək
09:33 30.03.2019
Arxiv
426
Konkret hansı siyasi ittifaqın qalib gələcəyi seçki başa çatdıqdan sonra müəyyən olacaq
"Bələdiyyə seçkiləri Türkiyədə parlament seçkisindən əhəmiyyətsiz sayılmır. Hətta siyasi baxımdan daha vacib hesab olunur”.
Bunu "Şərq”ə açıqlamasında siyasi elmlər namizədi, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov deyib. Politoloq bildirib ki, partiyaların parlament və prezident seçkisində qalib gəlməsi, sosial bazalarını formalaşdırması və seçicilərlə ünsiyyəti daha da dərinləşdirməsi üçün bələdiyyə seçkiləri olduqca əhəmiyyətlidir:

"Xüsusən böyük şəhərlərdə bələdiyyələrə sahib olmaq qarşıdakı digər seçkilərdə qələbə qazanmaq üçün mühüm rol oynayır. Ona görə də İstanbul və Ankara uğrunda ciddi mübarizə gedir. Məlumdur ki, indiyə qədər bələdiyyə seçkisində ən böyük partiyalar qalib gəlib. Seçkidə konkret hansı siyasi ittifaqın qalib gələcəyi seçki başa çatdıqdan sonra müəyyən olacaq. Sadəcə vurğulamaq istəyirəm ki, Türkiyənin hansısa müxalif partiyasının HDP ilə müttəfiq olması çox böyük yanlışlıq və xəyal qırıqlığıdır. Çünki HDP heç də bəyan etdikləri kimi təmsil etdikləri etnik sosial qrupların partiyası deyil. Bu partiyanın başında duran şəxslər birbaşa terrora, PKK-ya dəstək verən şəxslərdir”.
Analitikin sözlərinə görə, HDP rəhbərləri özləri də PKK ilə əlaqədə olduqlarını açıq şəkildə dilə gətirirlər:
"Belə çıxır ki, HDP ilə ittifaq quran siyasi qüvvələr terrora dəstək verənlərin əməllərinə ortaq olurlar. Bu məqam bir çox suallar yaradır. Reallıq odur ki, Türkiyə əhalisinin böyük hissəsi hakim AKP və MHP-nin qurduğu "Cümhur İttifaqı”nın tərəfdarıdır və onların dəstəkçisidir. Qardaş ölkədə son dönəmlər keçirilən seçkilərdə və Prezident Ərdoğana göstərilən etimadda bu reallığın dəfələrlə şahidi olmuşuq”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan şəhərsalmada Çin modelindən öyrənməlidir - Professor
16:02 20.05.2026
Aktual
Rusiya MN: Ukraynanın son sutkada 780 PUA-sı vurulub
15:53 20.05.2026
Dünya
"Arsenal"ın 16 yaşlı futbolçusu tarix yazdı
15:19 20.05.2026
Futbol
Moskva və Pekin “Qızıl Günbəz” layihəsini tənqid edib
15:15 20.05.2026
Dünya
Minimum tarif Bakı-Tbilisi marşrutu üçün 81 manatdır
15:07 20.05.2026
Aktual
Azərbaycanda bu sahədə 3 qadın çalışır
14:38 20.05.2026
Cəmiyyət
“Ermənistan-Rusiya gərginliyi süni yaradılıb” - Tofiq Zülfüqarov
14:34 20.05.2026
Region
Bakıda üç gölün tullantılardan təmizlənməsi nəzərdə tutulur
13:36 20.05.2026
Gündəm
Noyerin DÇ-2026-da iştirakı ilə bağlı qərar sabah veriləcək
13:15 20.05.2026
Futbol
“Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
13:10 20.05.2026
Ölkə