Jirinovski: Tramp ABŞ-ın son prezidenti olacaq




Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi ABŞ tərəfindən zəifliyin göstəricisidir.

Axar.az xəbər verir ki, bunu "Rossiya 1” televiziyasında çıxışı zamanı Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski söyləyib.

"Sanksiyalar tətbiq olunsa, bu zəifliyin göstəricisi olacaq. Biz hamımız niyə Ümumdünya Ticarət Təşkilatına üzv olmuşuq? Amerikalılar özlərini planetin rəhbərləri kimi aparırlar. Bütün planet koloniyadır, sahib isə Vaşinqtonda oturur. Amerika artıq prezident rejimindən uzaqlaşır, Tramp ABŞ-ın son prezidenti olur. Bundan sonra ABŞ-da parlamentli respublika olacaq” – deyə o bildirib.