Kamil Zeynallıya hədə-qorxu gəliblər? - AÇIQLANDI
Yusif Sultanoğlu
09:58 07.09.2020
Arxiv
945
Xəbər verdiyimiz kimi, tanınmış məşqçi Kamil Zeynallı milli komandamızı Lüksemburqa məğlub olduğu üçün sərt tənqid edib. O futbolçularımızı "boyunuzu yerə soxum"deyərək təhqir edib. Bunun ardınca idmançı video çəkərək həmin sözləri əsəbi halda dediyini bildirib. Lakin K.Zeynallının bu paylaşımına gələn reaksiyalar heç də xoş olmayıb.
“Sherg.az”ın məlumatına görə o rəsmi İnstaqram səhifəsində həmin şərhlərə hiddətli şəkildə cavab verib:
“Sırağa gün futbolçular haqqında fikir bildirdim. Dünən də açıqlama verdim ki, əsəbi olmuşam. İstəməzdim elə bir fikir səsləndirim. Sadəcə uduzmağımızı həzm edə bilmədim. Ona görə o cür danışdım. Səhər açılanda da pis oldum.
AFFA-da işləyənlərin, futbolçuların çoxu dostlarımdır. Amma çox səhifələrdə yazdılar ki, Kamil qorxdu, ona hədə-qorxu gəldilər. Bu səbəbdən də video çəkdim.
And olsun rəbbimizə, əzizlərimin canına. Mənə bir dənə zəng edib, güldən artıq söz deyən olmayıb ki, niyə belə danışdın. Dediyim kimi pis oldum, peşiman idim. Ona görə də video çəkdim.
Buna da artıq-əskik yazıb Kamili qorxaq adlandırmayın. Kamil qorxaq deyil. Həmişə sözümü deyib qabağa getmişəm. Özlərini qorxaq bilənlər haqqımda rəy yazmasınlar ki, qorxdu.
Qorxmadım o qardaşların xətrini çox istəyirəm. Amma uduzmağı həzm edə bilmədiyim üçün çıxış elədim. Allahdan başqa heç kimdən qorxacağım yoxdur. Kimsə hədə-qorxu gəlmiş olsa, bu videonu çəkib paylaşmazdım.”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan hərbi bloklara qoşulmadan nüfuzunu artırır - Politoloq
18:46 13.11.2026
Gündəm
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
18:37 13.11.2026
Gündəm
Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlandı
17:49 13.11.2026
Sosial
Aynur Elgünəş əməliyyat olunub
17:35 13.11.2026
Cəmiyyət
ASAN Xidmətin qarşısında hamilə qadın bıçaqlandı
17:27 13.11.2026
Hadisə
Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
17:15 13.11.2026
Gündəm
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya
Göy məscid məsələsi UNESCO-ya çıxarılmalıdır - Novella Cəfəroğlu
15:23 13.11.2026
Aktual
Növbəti həftədən beşgünlük payız tətili başlayacaq
15:03 13.11.2026
Cəmiyyət
Ukrayna Samaraya dron zərbəsi endirib, 4 nəfər ölüb
14:41 13.11.2026
Dünya