Kredit borcu olanlara ŞAD XƏBƏR
08:13 01.06.2021
Arxiv
489
Pandemiya səbəbindən bank sektorunda tətbiq olunan bir sıra requlyativ dəstək tədbirlərinin tətbiqi bu il iyulun 1-dək uzadılıb. Bununla bağlı Mərkəzi Bankın İdarə Heyəti qərar qəbul edib. Sonuncu dəfə İdarə Heyəti müddəti bu yazın ilk ayının sonuncu günü uzadıb.
Milli.Az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qeyd edib.
Millət vəkili bildirib ki, qərara əsasən kontr-tsiklik kapital buferi ilə əlaqədar güzəştlərin, habelə kredit öhdəliklərinin gecikdirilməsi halında əlavə cərimə faizi, dəbbə pulu və digər cərimələrin hesablanmamasına və borcludan tutulmamasına, eləcə də borcalanın kredit tarixçəsinin pisləşdirilməməsinə dair kredit təşkilatlarına verilmiş tövsiyələrin müddəti 1 iyul 2021-ci il tarixinədək uzadılıb: "Eyni zamanda, kredit və sığorta təşkilatlarının kapital mövqeyinin daha da möhkəmləndirilməsi, onların sərbəst maliyyə vəsaitlərinin kapitala yönəldilməsinin təmin edilməsi məqsədilə tətbiq edilmiş dividend ödənişlərinin məhdudlaşdırılması müddəti həmin tarixədək qüvvədə saxlanılıb.
Həmçinin sektorun bank kapitalına aid yeni requlyativ tələblərinə tədricən adaptasiyasının təmin edilməsi məqsədilə bazar və əməliyyat risklərinin bank kapitalının adekvatlığı əmsalı ilə örtülməsi, habelə əmsalın minimum həddi üzrə requlyativ güzəştlərin tətbiqi müddətinin 1 iyul 2021-ci il tarixinədək uzadılması qərara alınıb.
Qərarın sadə dildə izahatı o deməkdir ki, Mərkəzi Bank pandemiya səbəbindən yubanmalar qeydə alındığı halda banklara borclunun kredit tarixçəsinin pisləşməməsini tövsiyə edir. Mərkəzi Bank tərəfindən güzəşt müddətlərinin uzadılması təqdirəlayiq haldır.
Qeyd edim ki, Milli Məclisin 27 may 2021-ci il tarixli plenar iclasında pandemiya və devalvasiya səbəbindən kredit ödənişlərində yubanmaları olanların kredit tarixçəsinin pisləşdirilməməsini, yəni onların adlarının ictimaiyyət arasında "qara siyahı" adlandırılan siyahıya salınmamasını təklif etmişdim".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual