“Qarşısı vaxtında alınmazsa, erməni lobbisinin əli daha çox uzanacaq və bundan tək Azərbaycan deyil, Rusiya da əziyyət çəkəcək”
Kremldə erməni lobbisinin hücumları artıb
12:59 07.07.2018
Arxiv
494
Terrorçu dövlətin hədələrinə göz yumulur
“Qarşısı vaxtında alınmazsa, erməni lobbisinin əli daha çox uzanacaq və bundan tək Azərbaycan deyil, Rusiya da əziyyət çəkəcək”
“Qarşısı vaxtında alınmazsa, erməni lobbisinin əli daha çox uzanacaq və bundan tək Azərbaycan deyil, Rusiya da əziyyət çəkəcək”
Rusiyalı deputatlar və ekspertlərdən ibarət qrupun Cocuq Mərcanlıda konfrans keçirməsindən sonra rus siyasətçilərinə, özəlliklə də deputat Dmitri Savelyevə qarşı erməni lobbisinin hücumları artıb. Ən sərt çıxış erməni əsilli ekspert Semyon Baqdasarov tərəfindən Vladimir Solovyovun verilişində səsləndirilib.
O, Savelyevin məhvi haqqında çağırışlar edib. Ermənilərin təhdidi Aleksandr Duqini də özündən çıxarıb. Rusiyalı analitik bəyan edib ki, hazırda Moskva ilə Bakı arasında çox aktiv yaxınlaşma müşahidə edilir. Onun sözlərinə görə, Azərbaycan mütəmadi olaraq, Rusiyanın daha vacib, təsirli və etibarlı müttəfiqinə çevrilir: "Rusiyanın Ermənistanı tam müdafiə etməsi tamamilə yanlışdır. Əslində Rusiya indiki halda özünün baş strateji müttəfiqi kimi Azərbaycanı görür. Azərbaycandakı konfrans da buna həsr edilmişdi. Bu tezis elan edilən kimi Rusiyadakı erməni lobbisi dişini göstərdi. Mən Bakıdakı görüşün təşkilatçılarından biriyəm. Solovyevin bir sıra ekspertləri dəvət etdiyi proqramda tamamilə qəbuledilməz, rusiyalı deputatları şeytanlaşdıran fikirlər səsləndirilib”. Duqin bir daha təkrar edib ki, əgər indiki Ermənistan rəhbərliyi məsuliyyətlidirsə, 5 rayonu geri verməlidir: "Ermənistan Rusiyaya nəyin faydalı olduğunu, nəyin Rusiya siyasətində yolverilməz olduğunu izah edə bilməz. Bu təhqirdir. Rusiyaya münasibətdə qeyri-dost münasibətidir”. Cocuq Mərcanlıda keçirilən konfransdan sonra erməni lobbisinin xüsusi fəallaşmasını dəyərləndirən ekspertlərə görə, əgər prosesə vaxtında müdaxilə edilməzsə, bundan sonra heç kim Dağlıq Qarabağla bağlı həqiqəti dilə gətirməyəcək. Ermənilərin terror təhdidi onları reallığı söyləməkdən çəkindirəcək.
Politoloq İlqar Vəlizadə "Şərq”ə açıqlamasında deyib ki, ermənilərin Rusiyada sərgilədikləri davranış ekstremizmdir. Kimisə ölümlə hədələmək, haqlı fikir bəyan edən insanları cəzalandırmaq düşüncəsi terrora xidmət edir:
"Məqsədləri insanları qorxutmaq, çəkindirməkdir. Ermənilərin və ermənipərəst şəxslərin qarşı tərəfdə duranları hədələməsi, ölümlə təhdid etməsi cinayət tərkiblidir və birbaşa hüquqi müstəvidə həllini tapmalıdır. Rusiya mediasında bu cür ekstremistlərə meydan verilməsi, onların efirə çıxarılması yolverilməzdir. Biz həmişə erməni terrorundan danışırıq. Erməni terrorunun siyasi kökləri ekstremist şüarlardır. Bu gün həmin şüarları səsləndirən şəxslər sabah digər terrorçu qruplara da dəstək verəcəklər. Ona görə də hazırda müşahidə etdiyimiz proseslərə vaxtında və ən sərt formada müdaxilə edilməlidir. Xatırlayırsızsa, vaxtı ilə Azərbaycanın mövqeyini müdafiə edən moldovalı ombudsman Aureliya Qriqoriu da ermənilərin təhdidinə və təzyiqinə məruz qaldı.
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqe sərgiləyən adamlar dərhal erməni lobbisinin hədəfinə çevrilirlər. Əgər Rusiyada hansısa azərbaycanlı bir erməniyə və ya ermənipərəst insana qarşı təhdidlər yağdırsaydı, əmin olun, qısa zamanda həmin şəxsə qarşı cinayət işi açılardı. Ancaq ermənilərin hədəsinə göz yumulur. Bunun ciddi fəsadları ola bilər. Qarşısı vaxtında alınmazsa, erməni lobbisinin əli daha çox uzanacaq və bundan tək Azərbaycan deyil, Rusiya da əziyyət çəkəcək”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm