Lənkəranda icra nümayəndəsi bıçaqlandı




Lənkəranda bıçaqlanma hadisəsi baş verib.

Sherg.az-ın ” Report-a istinadən xəbərinə görə, Günəhir ərazi icra nümayəndəsinin müavini, 1977-ci il təvəllüdlü Mirzəyev Famin Mirhüseyn oğlu bıçaqlanıb.

Hadisənin mübahisə zəminində baş verdiyi söylənilir.

Bıçaq xəsarəti alan F.Mirzəyev Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub.
Fakt üzrə araşdırma aparılır.