"Lotu Quli"nin azərbaycanlı düşməni saxlanıldı - "Dato Ağcabədinski" Kiyevdə yaxalanıb

Bu barədə Facebook-da Ukrayna Milli Polisinin rəis müavini Vyaçelsav Abroskin bildirib

Ukraynada Kiyev vilayətinin polisləri "Dato Ağcabədinski" ləqəbli "qanuni oğrunu" saxlayıblar. Sputnik Azərbaycan cenzor.net-ə istinadla xəbər verir ki, bu barədə Facebook-da Ukrayna Milli Polisinin rəis müavini Vyaçelsav Abroskin bildirib.

"Dünən axşam Kiyev polisinin əməkdaşları 1985-ci il təvəllüdlü "Dato Ağcabədinski" (Məmmədov Cavid İltizam oğlu — red.) saxlanılıb. Bu "turist" əvvəllər də Kiyev, mayda isə Lvov polisi tərəfindən saxlanılmış və barəsində üç il gəlişinə qadağa qoyulmaqla, Ukrayna ərazisindən deportasiya haqqında qərar çıxarılmışdı" — deyə, Abroskin yazıb.

O əlavə edib ki, Ukraynada digər "qanuni oğrular" da var və polis onları ölkədən çıxarmaq üçün əlindən gələni edəcək.

Qeyd edək ki, "Dato Ağcabədinski Loti Qulinin əsas düşmənlərindən biri sayılır.