“Mətbuatın dostu” mükafatları qaliblərə təqdim olunub






Milli mətbuatın yaranmasının 142 illiyinə həsr olunmuş "Mətbuatın dostu” adlı mükafatlandırma gecəsi baş tutub.

Ənənəvi olaraq hər il keçirilən mərasimdə media nümayəndələri və bir çox tanınmış sima mükafatlandırılıb. Tədbirin aparıcıları Sədaqət Rəşidqızı və Zabir Əliyev olub. Mükafat alan jurnalistlər sırasında "Şərq” qəzetinin əməkdaşı Tahirə Məmmədqızı da yer alıb. Gecəyə qatılan müğənnilər ifaları ilə tədbir iştirakçılarını təbrik edib. Jurnalistləri Milli Mətbuat günündə "Azərsun” Holdinq və "Nikos” Kosmetik şirkəti də media nümayəndələrinə hədiyyələr təqdim etdi. Mərasimin sonunda lotoreya oyunu keçirilib və qalib gələn qonaqlara hədiyyə təqdim olunub.

Tahirə